İtaliyanın daha üç bələdiyyəsi Azərbaycana dəstək sənədləri qəbul edib
İtaliyanın Katanzaro əyalətinin Soverato bələdiyyəsi, Kieti əyalətinin Fossacesia bələdiyyəsi və L'Aquila əyalətinin Sante Marie bələdiyyəsi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlığının daha da gücləndirlilməsinə çağırış edən sənədlər qəbul edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, sənədlərdə Dağlıq Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanındığı, 1990-cı illərin əvvəllərində Azərbaycana məxsus ətraf 7 rayon da daxil olmaqla Ermənistan tərəfindən işğal olunduğu, istər Dağlıq Qarabağdan, istərsə də ətraf 7 rayondan bütün azərbaycanlıların zorla çıxarıldığı qeyd olunub. Həmçinin sənədlərdə münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası, Baş Assambleyasının qətnamələrinin və digər beynəlxalq təşkilatların qərarlarının Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasını tələb etdiyi bildirilib.
Sənədlərdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunmaqla yanaşı münaqişədən əziyyət çəkmiş insanlarla həmrəylik nümayiş edilir, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.
Eyni zamanda, sənədlərdə istər 1990-cı illərdə, istərsə də 2020-ci ilin 27 sentyabr tarixindən etibarən başlamış müharibənin çoxsaylı insan itkisinə gətirib çıxardığı və 10 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı Bəyanatın məhz münaqişəyə son qoyulması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması məsqədi daşıdığı vurğulanıb.
Bələdiyyələr öz sənədləri ilə, həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqəti çəkərək və bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin cari ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış "İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin müvafiq müddəalarına istinad ediblər. Habelə sənədlərdə sözügedən bəyannaməyə istinadən strateji tərəfdaşlar olan Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, mədəni, tarixi, dini irsin qorunması, akademik, texnologiya, səhiyyə, müdafiə, nəqliyyat sahələrində, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də geniş əməkdaşlığın və qarşılıqlı dəstəyin mövcud olduğu vurğulanıb.
Qeyd edək ki, İtaliyanın ümumilikdə 20-yə yaxın şəhər və bələdiyyələri oxşar sənədlər qəbul ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Qazaxda evlərin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - (Video)
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)





