Siyasət

Ceyhun Bayramov İtaliya səfirinin ölümü ilə bağlı başsağlığı verib

22 Fevral 2021 18:01
Baxış: 737

Xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luka Attanazio və bir polis əməkdaşının hücum nəticəsində həlak olması ilə bağlı başsağlığı verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazir bu barədə öz "Twitter" səhifəsində yazıb.

O baş verən hadisə ilə bağlı təəssüfünü bildirib: "Həlak olanların yaxınlarına və dost İtaliya xalqına dərin hüznlə başsağlığı veririk".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.