Ermənistanın "xəritə" oyunu: Azərbaycanlıların Qarabağa qayıdışını ləngitməyə çalışırlar
Müharibə bitdikdən sonra azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi Azərbaycanı ciddi narahat edir.
Milli.Az Trend-ə istinadən bildirir ki, Ermənistan isə minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir və əsas kimi də bu xəritələrin olmadığını deyir. Əlbətdəki bu Ermənistan tərəfinin növbəti yalanıdır.
Məqsəd isə bəllidir: 1) Mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq. 2) Bu ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmaq.
Hərbi ekspert Şair Ramaldanov bildirib ki, minalar Qarabağ ərazisinə xəritə əsasında basdırılıb, Ermənistanın bu xəritələri verməməsi isə minatəmizləmə prosesini uzada bilər:
"Ərazi balaca deyil. Mina sahələri həddindən artıq çoxdur. Çətinlik törədən də odur ki, qarşı tərəf mina sahələrini döşəyəndə onların xəritələri olub. Həmin xəritələr bizdə olsa, bu proses daha da sürətlənərdi. İndi isə Azərbaycan dövləti əlində olan imkanlardan istifadə edərək mina sahələrini təmizləyir. Bununla əlaqədar təhlükəsizlik tədbirləri də görülür. Türkiyədən də bununla bağlı Azərbaycana heyət gəlib və onlar da mina təmizləmə prosesinə qoşulub. Dövlət tərəfindən beynəlxalq qurumlara müraciətlər olunub. Dövlət bütün tədbirləri görüb".
Minatəmizləmə Agentliyindən bildirilir ki, işğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qadağandır.
Xarici ekspertlər də bildirir ki, minalanmış ərazilərin xəritəsini Ermənistan Azərbaycana verməlidir, əks halda bu hərbi cinayət hesab olunur.
Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko isə qeyd edir ki, işğaldan azad olunan ərazilərdə yüzlərlə kvadrat kilometr minalanmış ərazi var:
"Xəritə olmadan 30 il bundan öncə doğma yurdlarından məcburi köçkün düşmüş dinc azərbaycanlıların qayıdışının təhlükəsizliyini təmin etmək çətindir. Təəssüflər olsun ki, biz bu məsələdə Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük. Ermənistan minalanmış ərazilərin xəritəsini vermək istəmir. Hər zaman olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Qazaxda evlərin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - (Video)
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)





