Siyasət

İndoneziya - Azərbaycan əlaqələrinin yeni səviyyəyə çatdırılması üçün əlimdən gələni əsirgəməyəcəyəm - Səfir

16 Fevral 2021 14:20
Baxış: 469

İndoneziyanın Azərbaycandakı səfiri təyin olunmağımdan şərəf hissi duyur, vəzifəmin məsuliyyətini tam dərk edirəm. Səfir olduğum müddətdə hər iki ölkənin hökumətləri və xalqları arasında dostluğu və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə, qarşılıqlı anlaşmanı və dostluğu yaxşılaşdırmağa səy göstərəcəyəm.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.

Səfir bildirib: "İndoneziya ilə Azərbaycan arasındakı əlaqələrin yeni səviyyəyə çatdırılması üçün əlimdən gələni əsirgəməyəcəyəm ki, Zati-alinizin və hökumətinizin tam dəstəyi ilə ölkələrimiz arasında əməkdaşlıq davam etdirilsin. Azərbaycan Respublikasına inkişaf, Azərbaycan xalqına isə rifah diləyirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.