"Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Azərbaycanın prinsipial siyasətinin nəticəsidir" - Politoloq
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti arasında imzalanmış bəyanatın bir hissəsidir. Bu zaman kəsiyində Ağdam rayonunda Mərkəzin yaradılması istiqamətində aidiyyatı qurumlar ilə koordinasiyalı iş qurulmuş və nəhayət bu məsələ öz müsbət həllini tapmışdır.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, monitorinq Mərkəzinin yaradılması barədə birgə bəyanatda da deyilir ki, bu mərkəz vəziyyətin monitorinqini həyata keçirəcək. Mərkəz tərəflər arasında yarana biləcək insidentlərin aradan qaldırılmasına, atəşkəs rejiminin saxlanılmasına və bu rejimin günbəgün daha da möhkəmlənməsinə xidmət edəcək:
"Mərkəzin fəaliyyətə başlaması göstərir ki, 10 noyabr bəyanatının maddələri realizə olunur. Daha mühüm məsələ ondan ibarətdir ki, bu məntiqi nəticə Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş, uzaqgörən, prinsipial, səbəb-nəticə əlaqəsinə söykənən praqmatik siyasəti ilə birbaşa bağlıdır. Həm döyüş meydanında, həm diplomatik masada Azərbaycanın gücünün, strateji hədəflərə çatmaq istiqamətində apardığı siyasətin, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının bariz nümunəsidir".
Politoloq qeyd edir ki, Türkiyə hərbçilərinin burada olması regionda yaranmış yeni geosiyasi reallıqdır. Bu reallıq isə Azərbaycan Prezidentinin iradəsi və Azərbaycan-Türkiyə tərəfdaşlığı nəticəsində əldə olundu:
"Bu məsələ Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün təmin edilməsinə, mehriban qonşuluğun möhkəmlənməsinə və davamlı inkişafa yönəlmiş bir məsələdir. Bununla yanaşı, Mərkəzin fəaliyyətə başlaması ölkə başçımız İlham Əliyev tərəfindən irəli sürülən 3+3 formatının reallaşması istiqamətində əməli addımdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
-
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - (Foto)
XƏBƏR LENTİ
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi
-
Ayın 26-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Formula 1-də üçüncü sərbəst yürüş başladı
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
-
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - (Foto)
-
Xarici ölkə vətəndaşı ilə əlaqəsi olan şəxs 11 kiloqram narkotiklə tutuldu
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
-
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib
-
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama
-
Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Azərbaycana ən çox kimlər gəlib?
-
Xarici yazar Azərbaycan şəhidlərini yad etdi: “Azərbaycan yenidən şəhidlərinə baxır”
-
Ziraat Bank Azərbaycan müştərilərinə xüsusi üstünlüklər və eksklüziv imkanlar təqdim edən yeni Visa Infinite premium kartını istifadəyə verib
-
Bu şəxslər dövlət qulluğuna qəbul edilməyəcək - Yeni qayda
-
Qazaxıstanda matəm günüdür
-
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib - (Foto)
-
Azərbaycanda kartlarla bağlı yeni məlumat





