"Dostluq" yatağı hər iki tərəfi birləşdirən bir simvola çevriləcək
"Azərbaycan və Türkmənistan arasında neft-qaz sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub".
Bunu Milli.Az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, bu yatağın "Dostluq" yatağı olaraq adlandırılması hər iki ölkə üçün yeni perspektivlər vəd edir:
"Bu əməkdaşlıqda etnik və dini yaxınlığın müəyyən qədər rol oynadığını da qeyd edə bilərik. Eyni zamanda əməkdaşlıq üçün mühüm perspektivlər yaranıb. Belə ki, Azərbaycan Respublikasının hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Qeyd etmək yerinə düşər ki, xüsusilə bir yataq var idi ki, bu yataq Azərbaycan ilə Türkmənistan arasında mübahisə predmeti idi və bu mübahisə uzun illər idi sürürdü. Azərbaycanda əvvəl bu yataq "Kəpəz" adı altında, Türkmənistanda isə "Sərdar" kimi tanınırdı və hazırda bu yatağın "Dostluq" yatağı olaraq adlandırılması həm Azərbaycan üçün, həm də Türkmənistan üçün yeni perspektivlər vəd edir.
Bu yatağı azərbaycanlı mütəxəssislər sovet dövründə kəşf etmişdilər. Potensialına, neft-qaz imkanlarına görə təqribən "Qarabağ" yatağı ilə bir sırada olan yataqdır. Yatağın işlənməsi ilə bağlı danışıqlar prosesi başlanmışdır və hazırda bu prosesin yekunu olaraq Anlaşma Memorandumu imzalanıb. Gələcəkdə müasir üsulla kəşfiyyat işlərinin aparılması, yatağın işlənməsi üçün lazımi infrastrukturun texniki parametrlərinin, mühəndis layihələndirmə işləri, eləcə də kommersiya məsələlərinin müzakirəsi öz həllini tapmalıdır".
İ.Hüseynov deyib ki, Anlaşma Memorandumu Xəzərin hüquqi statusunun tanınması prosesində Azərbaycan ilə Türkmənistan arasında bir sıra anlaşılmazlıqları da aradan qaldıracaq:
"Azərbaycanın yerləşdiyi mühüm geosiyasi və geostrateji vəziyyət imkan verir ki, bu yataqdan hasil olunan karbohidrogen ehtiyyatlar çox əlverişli yollarla Avropa bazarına daxil olsun. Çünki Azərbaycanın mühüm nəqliyyat marşrutları var. Həm Bakı-Tiblisi-Ceyhan, həm Cənub Qaz Dəhlizi bu imkanları Azərbaycana, eləcə də Türkmənistan tərəfinə verir.
"Dostluq" yatağı hər iki tərəfə mühüm töhfələr verə bilər və Azərbaycanla Türkmənistan arasında olan çox mühüm mübahisə predmetinin həll olunması çox sevindiricidir. Eləcə də bu, Xəzərin hüquqi statusunun tanınması prosesində Azərbaycan ilə Türkmənistan arasında bir sıra anlaşılmazlıqları da aradan qaldırır. Gələcəkdə Türkmənistanın neft-qaz potensialının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması ilə bağlı hələ uzun müddətdir avropalı siyasi ekspertlər, neft-qaz mühəndisləri və bu sahədə ad çıxarmış analitiklər fikirlər, mülahizələr söyləyirdilər. Düşünürük ki, gələcəkdə "Dostluq" yatağı hər iki tərəfi birləşdirən bir simvola çevriləcək və Türkmənistan Azərbaycanən yerləşdiyi mühüm geosiyasi imkanlardan da istifadə edərək qtsadi dividentlər qazanacaq".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
XƏBƏR LENTİ
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)





