Rusiya Ermənistanın ümidinin üstündən XƏTT ÇƏKDİ - Bir yolları qaldı
Prezident İlham Əliyev Ermənistanın kapitulyasiyasının rəsmiləşdiyi 10 Noyabr gecəsi xalqa müraciətində "Qarabağın status məsələsi cəhənnəmə getdi, gorbagor oldu" deyəndə bəlkə də bəzi ermənilər bir gün xilaskarları hesab etdikləri rəsmi Kreml tərəfindən xəyal qırıqlığına məruz qalacaqları barədə heç nə düşünmürdülər. Hətta 44 günlük Zəfərin diplomatik müstəvidə davamı kimi qəbul edilən üçtərəfli 10 Noyabr bəyanatından sonra Azərbaycan Dövlət Başçısının tarixi müraciətini pərdələmək istəyən, Nikol Paşinyan və digər erməni diplomatlarının tezislərini xalqa sırımaqla Vətən Müharibəsində əldə edilən tarixi qələbəyə kölgə salmaq istəyən "azərbaycanlı"lar da az olmadı. Amma zaman Paşinyanın yalanlarını qənşərə çıxarmaqla yanaşı, daxilimizdəki düşmənləri də məyus etməkdə davam edir.

II Qarabağ savaşının başladığı ilk gündən hər fürsətdə xalqa "Mən nəyi nə vaxt, necə etməyi yaxşı bilirəm" ifadəsi ilə müxtəlif vasitələrlə, müxtəlif platformalardan insanları müxtəlif cəbhələrə parçalamağa cəhd edərək düşmən dəyirmanına su tökməyə hesablanmış hərəkətləri etməyə çalışan qüvvələrin qarşısını almaq məqsədilə mesajlar verənlərə Prezident İlham Əliyev son Moskva görüşü (11 yanvar) zamanı da Azərbaycanın doğru yolda olduğunu nümayiş etdirdi. Bu görüşün mətbubat konfransı zamanı Rusiya Prezidenti Vladimir Putinin bir kəlmə də olsun Qarabağın "statusu" məsələsinə toxunmaması və onu ofsaydda saxlaması, Ermənistan hərbi-siyasi rəhbərliyinin oyununu xalqı üçün deşifrə etmiş oldu. Həmin mətbuat konfransında Rusiya və Azərbaycan Prezidentlərinin yüksək siyasi etika və diplomatik mədəniyyət nümayiş etdirərək görüşün gedişi haqqında verdikləri ümumi məlumatlar fonunda Paşinyan yenə özünü gülünc duruma saldı. Həmin vaxt elə mətbuat konfransındaca daxili auditoriyaya oynayaraq separatçı rejimin "statusu" məsələsinin həll edilməyərək qaldığından şikayətlənməyə çalışan erməni baş nazir, ona verilən növbəti şansdan doğru istifadə edə bilmədi. Bütün ekspertlərin bu üçtərəfli görüşdən Paşinyanın Ermənistanda yaxın zamanlarda gözlənilən parlament seçkiləri üçün xal yığmaq, müharibədə nisbətən itən nüfuzunun müəyyən bir hissəsini kompensasiya etmək baxımından əhəmiyyətli hesab etsələr də erməni baş nazir gündəlikdən kənara çıxmaqla rəsmi Kremli qəzəbləndirdi.

Rusiya XİN rəhbəri Sergey Lavrovun ötəngünkü açıqlamaları belə düşünməyə əsas verir. Bunun başqa adı yoxdur. O, "Dağlıq Qarabağın statusu məsələsi üçtərəfli bəyanata salınmayıb. Üç lider tərəfindən qərar verilib ki, bu məsələ bir tərəfə qoyulsun, sonraya, gələcəyə saxlanılsın, bununla o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrləri məşğul olmalıdırlar" açıqlaması ilə artıq Paşinyanı parlament seçkiləri öncəsi daha çətin duruma saldı. Bir daha Rusiya rəhbərliyi də təsdiq etdi ki, Azərbaycan Prezidenti nə demişdisə, düz demişdi, status yoxdur. "Status" mövzusunun üçtərəfli bəyanata salınmaması bu mövzunun bitməsi deməkdir. Rusiya XİN rəhbərinin "Bununla ATƏT-in Minsk Qrupu həmsədrləri məşğul olmalıdırlar" ifadəsi isə bütün suallara aydınlıq gətirir. S.Lavrov bu açıqlama ilə dolayısıyla, Qarabağın erməni əhalisinə Azərbaycanın sərhədləri daxilində, Azərbaycan qanunları ilə yaşamaq istəyirsinizsə qalın, yaşayın dedi.
Çünki Prezident İlham Əliyev də 44 günlük müharibənin başladığı ilk gündən Fransa Prezidenti Emanuel Makronun Minsk qrupunun həmsədri kimi bitərəfliyini və obyektivliyini pozaraq işğalçı Ermənistanın maraqlarını hər yolla müdadiə etməyə çalışması, Azərbaycana qarşı qeyri-konstruktiv bəyanatlar səsləndirməsi, ölkə Senatının və meriyasının Azərbyacana qarşı ziddiyətli qərarlar qəbul etməsi 30 illik münaqişənin həlli istiqamətində Fransanın bütün fəaliyyətini kölgə altına aldı.

Ermənipərəst mövqeyinə görə beynəlxalq hüququ və konvensiyaları ayaq altına atan Emmanuel Makron Fransanın tarixində ilk prezident ldi ki, ölkənin xarici siyasətində icra edilə biləcək proseslər, atılacaq addımlar və qəbul edilə biləcək qərarlarla bağlı hökumət üzvləri, yaxud analitiklər və ya deputatlarla yox, ölkədəki icmalardan birinin mənsubları ilə müzakirələr apardı və bununla da ölkəsinin nüfuzuna ciddi xələl gətirdi. Həm beynəlxalq münasibətlər sferasında, həm də bitərəf olmağı gözlənilən həmsədr kürsüsündə. Düşünürəm ki, Lavrov "status" məsələsi ilə bağlı açıqlamasında 30 illik işğala son qoyaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz Ordusu ilə yerinə yetirən Ali Baş Komandan İlham Əliyevin Minsk Qrupu ilə bağlı mövqeyini də yaxşı bilir. Bu gün regiondakı vəziyyəti çox diqqətlə izləyən keçmiş saya biləcəyimiz Minsk Qrupunun üzvü olan Rusiya Azərbaycanın yaratdığı reallığı aydın dərk edir. Hətta 10 noyabr bəyanatı zamanı ABŞ və Fransanın ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin həllində deaktiv fəaliyyətindən şikayətlənən Rusiya dövlət başçısı da anlayır ki, Minsk qrupu diplomatiya tarixinin ən uzunmüddətli və uğursuz missiyalarından biridir və Azərbaycan bir daha heç bir quruma onun ərazi müqəddaratını müəyyənləşdirmək imkanı verməyəcək.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)





