Siyasət

Azad edilmiş ərazilərdə böyükmiqyaslı işlər tikinti sektorunun artımına səbəb olacaq - Ekspert

13 Yanvar 2021 18:39
Baxış: 985

2021-ci ildə Azərbaycanda tikinti sektoru göstəricilərinin mühüm dərəcədə artımı gözlənilir.

Milli.Az bildirir ki, bunu Trend-ə İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqaq İnstitutunun direktoru vəzifələrini icra edən Arzu Hüseynova deyib.

Onun sözlərinə görə, ölkənin böyük hissəsində bu il iri tikinti işləri gözlənilir:

"Məcburi köçkünlərin öz torpaqlarına qayıtma prosesi tikinti sahəsində böyük həcmdə işlərin aparılmasını nəzərdə tutur. Ölkədə kifayət qədər tikinti şirkəti var ki, onları ərazilərin minalardan təmizlənməsindən sonra işlərə cəlb etmək olar. Bundan başqa, Azərbaycan birbaşa xarici investisiyaların daxil olmasında maraqlıdır və bu istiqamətdə əməkdaşlıq etməyə hazırdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.