Moskva Paşinyanın saqqalını qırxdırdı: İrəvan ayaqaltına çevrilir
Yanvarın 11-də Moskvada Rusiyanın dövlət başçısı Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı üçtərəfli görüşu Ermənistanın müxalifət partiyaları və müxtəlif ölkələrdəki erməni diaspor təşkilatlarının rəhbərləri birmənalı olaraq İrəvanın məğlubiyyəti sayırlar.
Üstəlik, görüş ərəfəsində və bilavasitə danışıqlardakı hadisələrlə bağlı təfərrüatlar aşkarlandıqca ermənilərin bədbinliyi artır.
Görüşdən bir gün əvvəl, yanvarın 10-da Moskvadan İrəvana xüsusi həkim qrupu yorllanıb. Onlar Nikol Paşiyanı və Moskvaya yollanacaq erməni nümayəndə heyətinin istisnasız olaraq bütün üzvlərini COVİD-19 koronavirus testiindən keçiriblər.
Bunu Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Armen Xaçatryan etiraf edib.
"Ermənistandakı epidiemioloji vəziyyəti nəzərə alan Moskva qərara gəldi ki, testləri məhz rusiyalı həkimlər gerçəkləşdirsinlər", - Xaçatryan deyib.
N.Paşinyan məcburi testə məruz qalmaqla yanaşı, saqqalının qırxılmasına da razılıq vermək məcburiyyətində qalıb. Rusiyalı həkim qrupunun rəhbəri onun qarşısında şərt qoyaraq "saqqal maskanın üzünüzü kip tutmasına mane olur" söyləyib.
Ermənistanın baş nazir də şərti qəbul edib.
Bununla yanaşı, Moskva görüşündə Paşinyanın əvvəlki mövqelərindən geri çəkilməsi də aşkar görünüb.
Belə ki, Ermənistanın baş naziri indiyədək az qala bütün bəyanatlarında "Qarabağın statusu ilə bağlı məsələ həll olunmayıb, müzakirələr irəlidədir" deyirdi.
Lakin Moskvada 4 saat davam edən müzakirələr ərəfəsində, görüş zamanı, həmçinin görüşdən sonra mətbuat üçün açıqlamada N.Paşinyan "Qarabağın statusu" absurdunu israrla vurğulamayıb.
Son vaxtlarda qarabağlı ermənilərin ritorikasında da ciddi dəyişiklik hiss olunur. Rusiyanın Qarabağa yeritdiyi sülhməramlı kontingentin əslində qarabağlı erməniləri ümid etdikləri kvazidövlət subyektindən məhrum etmələri, rusiyalı hərbçilərin hələlik konrtrolda saxladıqları əraziləri protektorat formasında idarə etmələri reallıqdır.
Dağlıq Qarabağdakı terrorçu xunta bütün idarəetmə funksiyalarını itirib və həmin ərazilərdə söz sahibi qarabağlı ermənilər yox, rusiyalı hərbçilərdir.
Məhz onlar yaranan problemləri həll edir, qarabağlı erməniləri ərzaqdan tutmuş, enerjiyədək təmin edirlər və Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatı ilə məşğul olurlar.
Ermənistan və dünya ölkələrindəki erməni diasporu, habelə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa kimi erməniləri dəstəkləyən ölkələr "Qarabağın statusu problemi"ndən bəhs etsələr də, status artıq danışıqların mövzusu və predmeti deyil.
Moskva görüşü bunu bir daha təsdiqlədi. İndi üçtərəfli müzakirələrlə danışıqlarda əsas məsələ bölgədə iqtisadi və nəqliyyat tərəfdaşdılığı, habelə Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin demarkasiyası və delimitasiyası vasitəsilə Azərbaycanın onillərdən bəri işğalda olan ərazilərinin azad edilməsidir.
Moskva görüşünün yekun bəyanatında vurğulanan, Azərbaycanla Ermənistanın baş nazirlərinin müavinlərinin Qarabağın rekonstruksiyası, bərpası və inkişafı ilə bağlı danışıqlara başlaması planı da maraqlıdır.

Bölgədə işğtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasından bəhs ediriksə, əsas məsələ iki istiqamətdir. Onların biri Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçəcək nəqliyyat dəhlizidir.
Digər istiqamət isə Naxçıvandan keçən İrəvan-Sünik marşrutudur. Hər iki marşrutdan sovet dönəmlərində istifadə olunasa da, Qarabağ münaqişəsi başlanan kimi onlar dondurulmuşdu.
Rusiya da prosesdə maraqlıdır. Abxaziya və Cənubi Osetiyada separatizm hərəkatı başlayandan sonra Rusiyadan Gürcüstana qatarların hərəkəti mümkünsüz olub, Ermənistan hamisinə və əsas müttəfiqinə ən etibarlı marşrutu itirib, Rusiya həm də Türkiyənin dəmiryollarına çıxışdan məhrum qalıb.
İndi Ermənistanın dəmiryol şəbəkəsi sadəcə, İrəvala Tiflisi birləşdirək kiçik hissəyədək azalıb. Rusiyadan Ermənistana yüklər isə hava şəraitindən asılı olaraq mütəmadi qapanan Hərbi-Gürcüstan yolu ilə daşınır.
Ermənistan təbii ki, işğaldan azad olunmuş ərazilərimizin bərpasında iştirak edə bilməz. Belədə, söhbətin hazırda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən getdiyi şübhə doğurmur.
Proseslərin de-yure durumu aydındır: Qarabağ Azərbaycandır və bu, dünya birliyinin təsdiqlədiyi faktdır. De-fakto vəziyyətə gəldikdə isə, rusiyalı sülhməramlıların operativ fəaliyyət məkanında yaşanan proseslərdən Bakı heç bir halda kənarda qala bilməz və qalmır da.
Kommunikasiyaların blokadadan çıxarılmasına gəldikdə isə, son müddət çox yəqin ki, martın sonu olacaq.
Həmin vaxtadək Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin imzaladığı bütün sənədlərə və anlaşmalara tam riayətini təmin etməlidir.
İrəvandakı marionet müxalifətin isterikasına və o müxalifəti idarə edən qüvvələrin təzyiqlərinə rəğmən.
Çünki bölgədəki vəziyyətin normallaşması üçün kommunikasiyaların açılması və nəqliyyat dəhlizlərinin yaradılması ilə bahəm, siyasi iradə də gərəkdir.
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib





