Siyasət

Xankəndidə sülhməramlılar üçün blok-modullu düşərgə yaradıldı

21 Dekabr 2020 09:29
Baxış: 1 759

Rusiya sülhməramlıları üçün Xankəndidə tikilən blok-modul şəhərciyinin (BMŞ) inşası başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Dağlıq Qarabağda, Xankəndi şəhərində 250 nəfərlik Rusiya sülhməramlı kontingentinin hərbi heyətinin yerləşdirilməsi üçün blok- modullu şəhərciyin inşası başa çatıb", - açıqlamada qeyd olunub.

Bildirilib ki, hazırda mühəndis avadanlığının istismara verilməsi üzrə son işlər başa çatmaq üzrədir.

"BMŞ işçilər üçün rahat yaşayış və məişət şəraiti yaradacaq. Bunlar yaşam təminatı üçün bütün zəruri komponentlərlə təchiz edilmiş tam funksional müəssisələrdir", - açıqlamada vurğulanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.