Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov İrəvanda qısamüddətli rəsmi səfərdədir.
Milli.Az bildirir ki, o, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
Görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiya məsələləri müzakirə olunacaq.
A.Bortnikovun İrəvana səfəri N.Paşinyanın xahişindən sonra reallaşıb.
A.Bortnikov İrəvandan sonra Bakıya gələcək. Onun Bakıda rəsmi görüşlər keçirəcəyi gözlənilir.
Milli.Az