Siyasət

Əsirlikdə olan Amin ailəsinə məktub göndərdi: "Anamı tək qoymayın!" - FOTO

6 Dekabr 2020 10:03
Baxış: 2 831

II Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən Amin Musayev ailəsinə məktub göndərib.

Milli.Az xəbər verir ki, bunu axar.az-a açıqlamasında Aminin yaxın qohumu Çinarə Əliyeva deyib.

O bildirib ki, məktubu ailəyə Beynəlxalq Qırmızı Xaç Komitəsi təqdim edib:

"Qırmızı Xaç Komitəsi məktub istəmişdi. Ailə də yazıb göndərdi. Dünən isə məktubumuza cavab aldıq. Məktub Aminin öz xətti ilə yazılıb".

Amin anasına ünvanladığı məktubda yaxşı olduğunu bildirib və anasından özünə yaxşı baxmasını xahiş edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.