Siyasət

Qarabağla bağlı razılaşma regionda uzunmüddətli sülhün təmininə xidmət edəcək - Qazaxıstan prezidenti

2 Dekabr 2020 15:39
Baxış: 675

Noyabrın 10-da Qarabağla bağlı əldə olunmuş razılaşma regionda uzunmüddətli sülhün təmin olunmasına xidmət edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) onlayn iclası zamanı deyib.

O bildirib ki, bu razılaşma tarixi sənəddir:

"Prezident Vladimir Putinin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı vasitəçiliyi yüksək qiymətə layiqdir. Rusiyanın fəal iştirakı ilə əldə olunmuş razılaşma yaranmış vəziyyətdə yeganə düzgün həll yolu idi".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.