Bu gün sifariş əsasında “qara piar” aparan radikal müxalifətin hərisliyi ucbatından topraqlarımız işğal olunmuşdu - ŞƏRH
2020-ci il Azərbaycanın tarixinə Zəfər ili, Qələbə ili kimi düşdü. Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti genişmiqyaslı hərbi təxribata cavab olaraq başladığımız 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları azad olunmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları təmin edilməlidir. Məlum olduğu kimi artıq noyabrın 20-də Ağdamın azad edilməsindən sonra noyabrın 25-də Qarabağın qala qapısı sayılan Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız böyük qələbələrin diplomatik yolla davamı oldu.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Bu möhtəşəm uğurun Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 17 il ərzində həyata keçirilən məqasədyönlü siyasət, ordu quruculuğu və diplomatiya sahəsində atılan düşünülmüş addımlar, həmçinin bütün sahələrdə reallaşdırılan islahatlar nəticəsində əldə edildiyini deyən deputat onu da əlavə edib ki, bəzi xarici ermənipərəst qüvvələr və ölkə daxilində onların sifarişlərini yerinə yetirən radikal müxalifət əldə etdiyimiz bu qələbəni kölgə altına almaq üçün yenidən meydana atılıblar: "Məlum olduğu kimi əldə edilən üçtərəfli razılaşma, noyabrın 10-da imzalanan bəyanat Azərbaycanın maraqlarına cavab verdiyi halda radikal müxalifət ictimai rəyi çaşdırmağa çalışır. Halbuki bu gün xarici havadarlarından aldığı sifariş əsasında uğurlarımıza qarşı "qara piar" aparan radikal müxalifət torpaqlarımızın işğaldan azad olunmasına görə cənab Ali Baş Komandana minnətdarlıq etməlidir. Axı bu torpaqlar məhz onların vəzifə hərisliyi ucbatından, o cümlədən səriştəsiz hakimiyyəti zamanı Ermənistan tərəfindən işğal edilib.
Cənab Prezidentin noyabrın 25-də xalqa müraciəində bəyan etdiyi kimi Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir.
Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Çünki 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi".
Bundan sonrakı proseslərin ölkəmiz üçün fəlakələ nəticələndiyini deyən deputat bildirib ki, o zaman iqtidarda olanlar bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi: "Nəticədə də torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı. Cənab Prezidentin də bəyan etdiyi kimi Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar. Kəlbəcərin işğal altına düşməsi bax, bu çirkin addımların nəticəsi idi. Belə ki, məhz onlartın onların yaratdığı xaos, siyasi böhran, özbaşınalıq 1993-cü ilin aprelində Kəlbəcərin də ermənilər tərəfindən işğal edilməsi ilə nəticələndi. Həmin dövrdə yüksək dövlət vəzifəsi tutanların tərcüməye-halına nəzər salsaq, birmənalı şəkildə qeyd edə bilərik ki, əslində Azərbaycan Xalq Cəbhəsi hakimiyyətindən hər hansı uğur gözləmək də mümkün deyilidi. Çünki o vaxt rəhbərlikdə təmsil olunmuş, yüksək postlar tutmuş adamlar bir gün belə heç bir idarəyə, heç bir kiçik bir müəssisəyə rəhbərlik etməmişdilər. Onlar ölkəni, xüsusilə böhranlı vəziyyətdə olan ölkəni necə idarə edə bilərdilər? Amma onların vəzifə hərisliyi, tamahı Azərbaycanı fəlakətli duruma gətirib çıxardı. Bir sözlə, hakimiyyəti qanunsuz yollarla qəsb edən, sonra isə öz laxlamış hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlayan bu cür təsadüfi adamlar sonda ölkəmizi uçuruma apardılar".
Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsindən sonra bu xaos və özbaşnalığa son qoyulduğunu deyən deputat bildirb ki, əgər həmin vaxt Ulu öndər hakimiyyətə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)





