Siyasət

Ermənipərəst deputatdan ermənilərə: "Qarabağın statusunu unudun!"

25 Noyabr 2020 12:48
Baxış: 3 701

Ermənistanın Rusiyadakı ən əsas lobbiçilərindən biri, Rusiya Dövlət Dumasının deputatı, Jumanın MDB işləri üzrə komitəsinin sədr müavini Konstatin Zatulin hesab edir ki, Qarabağ savaşında ermənilərin hərbi və diplomatik məğlubiyyətindən sonra Qarabağın statusu məsələsinin çözümü olduqca çətin, müşkül məsələdir.

Milli.Az bildirir ki, "Novosti Armeniya"ya verdiyi müsahibəsində K.Zatulinin dediyinə görə, Qarabağın statusu müzakirə edilsə belə, Ermənistanın xeyrinə olmayacaq.

"İlk əvvəl ermənilər məğlubiyyətdən nəticələr çıxarmalı, müdafiə imkanlarını artırmalı, siyasi və iqtisadi böhranın öhdəsindən gəlməyi bacarmalıdırlar. Yalnız bundan sonra ermənilər Dağlıq Qarabağın statusu barədə düşünə bilərlər. Amma indi, hər şeyin darmadağın olduğu, Ermənistanda baş verənlərlə kimsə nə isə edə bilmirsə, statusla bağlı açıqlamalar sadəcə, mənasız və epataj bəyanatlardır", - K.Zatulin deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.