Hadisə

12 yaşlı azərbaycanlı tiktoker ABŞ-da faciəvi şəkildə öldü - VİDEO - FOTO

9 Oktyabr 2025 15:22
Baxış: 1 229
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanlı tiktoker, 12 yaşlı Zemfira Muxtarova Nyu Yorkda metro qatarının üstündə "sörfinq" edərkən ölüb.

Milli.Az Bakupost.az-a istinadla xəbər verir ki, faciə ötən şənbə günü səhər saatlarında "Marcy Avenue" stansiyasında baş verib.

Polisin açıqlamasına görə, Zemfira və başqa bir yeniyetmə sosial mediada tanış olub və gecə macəra yaşamaq məqsədilə evlərindən gizlincə çıxıblar.

Qatar stansiyaya çatarkən, Zemfira və 13 yaşlı dostu Ebba Morina "Villiamsburg" stansiyasının yaxınlığında relslərin yanında huşsuz vəziyyətdə tapılıblar. Təcili yardım əməkdaşları hadisə yerində hər iki qızın öldüyünü təsdiqləyib.

Zemfiranın atası, əslən azərbaycanlı olan Ruslan Muxtarov qızının dəfn xərclərini toplamaq məqsədilə veb-səhifə yaradıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.