Fransanın "Paris Match" jurnalı Ermənistanın mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklərdən yazır - FOTO
Fransanın "Paris Match" jurnalında dərc olunmuş məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından, Azərbaycan şəhərlərinə raket hücumları etməsindən, mülki əhalini qətlə yetirməsindən bəhs olunur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məqalədə Ermənistanın Bərdəyə raket hücumu nəticəsində şəhərdə yaranmış vəziyyət təsvir edilir.
Bərdə şəhərində raket zərbəsinin endirildiyi ərazidə olan fransalı jurnalist buranın qan çanağına döndüyünü, 21 mülki azərbaycanlının cəsədini gördüyünü qeyd edir. O yazır ki, xilasedicilər yanmış maşınları aparırdılar. Ətrafdakı meyvə-tərəvəz mağazasının sahibi olan qadın indi həmin mağazanın yerində böyük bir çuxur yarandığını görəndə göz yaşlarına qərq oldu. Yaxınlıqdakı ət mağazası da əsl qırğın səhnəsini xatırladırdı. Həlak olan mülki insanların xatirəsini yad etmək üçün bu yerlərə güllər düzülürdü.
Müəllif Azərbaycanda hər tərəfdə "Qarabağ bizimdir!" şüarını eşitdiyini və gördüyünü bildirir.
Fransalı jurnalist cəbhə bölgəsinə də getdiklərini, yolboyu zirehli, yanmış, mərmilərdən yararsız vəziyyətə düşmüş maşınları gördüyünü yazır.
Məqalədə qeyd edilir ki, 1993-cü ildə ermənilər azərbaycanlı əhalini yurdlarından didərgin salıb, hətta onların qəbiristanlıqlarını belə dağıdıblar. Müəllif yolda dağıdılmış, vandalizmə məruz qalmış qəbirlərin yanında dayandıqlarını bildirir, onu müşayiət edən Samir adlı şəxsin bu acınacaqlı vəziyyət, hətta ermənilərin cəsədlərdən qızıl dişləri belə çıxarmaları haqqında məlumat verdiyini yazır.
"Azərbaycanlılar kilsələrə və qəbiristanlıqlara toxunmur", - deyən Samir vurğuladı ki, bu ermənilər hara gedirlərsə, düşünürlər ora onlara məxsusdur. Görəcəksiniz, Fransada yaşayan ermənilər də bir gün deyəcəklər ki, ora onların ölkəsidir.
Müəllif yazır ki, Birinci Qarabağ müharibəsi haqqında xatirələrini bölüşən insanlar həmin vaxt demək olar əliyalın vuruşduqlarını deyirlər. İndi isə Azərbaycanın inkişaf etdiyi, hərbi büdcəsini qat-qat artırdığı qeyd edilir.
Məqalədə, həmçinin Azərbaycanın öz torpaqlarını bir aydan artıq müddət ərzində azad etməsindən söhbət açılır. Azad edilmiş ərazilərdə artıq elektrik çəkilişinin həyata keçirildiyi, oralarda yeni həyatın başladığı diqqətə çatdırılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi





