"Fransanın ermənipərəst mövqeyi onun həmsədrlik mandatına ziddir"
ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa Ermənistanla Azərbaycan arasında neytral mövqe tutmalı olduğu halda hər zaman ermənipərəst mövqe nümayiş etdirib.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat bildirib ki, Fransa həmsədr ölkə kimi Minsk qrupundakı mandatını kobud şəkildə pozaraq daim işğalçı Ermənistana dəstək verib: "Sentyabrın 27-də Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış müharibə zamanı isə Fransa ermənipərəst mövqeyini daha açıq şəkildə ortaya qoydu".
K.Bayramov vurğulayıb ki, Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərdi. Fransa XİN-i ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılq siyasətini dəstəkləyib:
"Lakin Fransa prezidentinin bu səyləri puça çıxdı, bütün beynəlxalq təzyiqlərə sinə gələn Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğalçı Ermənistana yerini göstərdi, onu ağır məğlubiyyətə uğradaraq kapitulyasiyaya məcbur etdi. Ermənistanın bu biabırçı məğlubiyyətindən məyus olan Fransa rəhbərliyi indi də mövcud olmayan qondarma bir qurumu tanımağa cəhd edir. Yaxın günlərdə Paris meriyası qondarma və hazırda mövcud olmayan "Dağlıq Qarabağ Respublikası"nı tanımağa hazırlaşır. O da məlumdur ki, Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır, onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir.
İstər Paris meriyasının təxribatçı hərəkəti olsun, istər prezident Makronun, istərsə də Fransa XİN və digər rəsmilərin mövqeyi onu deməyə əsas verir ki, hazırda Fransanın Azərbaycana münasibəti tamamilə qərəz və açıq düşmənçilik üzərində qurulub və bunu belə də qiymətləndirmək olar. Çünki erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib.
Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürüb, Fransadan Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursat göndərilib. Əldə olunan məlumatlara görə, Fransa ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyini vəd edib.
Lakin göründüyü kimi, Fransanın bu dəstəyinin, vədlərinin heç bir nəticəsi olmadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu işğal altında olan torpaqları azad etdi və heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına əngəl törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Bundan sonra da Fransanın Ermənistana hər hansı bir dəstək verməsinin heç bir nəticəsi olmayacaq. Artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və düşmən üzərində tarixi qələbə çalıb".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)





