Rusiya sülhməramlılarını daşıyan daha 22 təyyarə İrəvana enib.
Milli.Az APA-ya istinadən bildirir ki, İl-76 və An-124 təyyarələri ilə sutka ərzində 22 reyslə Ermənistana 64 ədəd avtomobil və xüsusi texnika göndərilib.
"Sutka ərzində Ulyanovsk-Vostoçnıy aerodromundan İl-76 və An-124 təyyarələri ilə 22 reys həyata keçirilib. Ermənistana zirehli transportyorlar, yük avtomobilləri, sisternli avtomobillər, ekskavatorlar və digər texnikalar daşınıb", - qeyd olunub.
Milli.Az