"Putin çıxışı ilə Ermənistanın istəyini darmadağın etdi" - Deputat
Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağla bağlı müsahibəsi onu göstərdi ki, məsələnin həllində Rusiya öz bitərəfliyini qoruyub saxlayır.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərinə görə, Putin əvvəl də bildirmişdi ki, Dağlıq Qarabağ Ermənistan ərazisi deyil və döyüşlər Azərbaycan torpaqlarında aparılır:
"Bu açıqlama ilə əslində ermənilər cavabını almışdı ki, məsələyə 3-cü tərəf kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarışa bilməz. Buna baxmayaraq Ermənistan hər dəfə çoxsaylı xahişlər edirdi ki, Rusiya Ermənistan tərəfə kömək etsin. Amma Putin bu çıxışı ilə bu istəyi darmadağın etdi".
Millət vəkili bildirib ki, Rusiya həmçinin yeni şəraiti də nəzərə alıb: "Artıq Rusiya başa düşür ki, proses bir ay əvvəlki kimi deyil və Azərbaycan işğal altındakı torpaqlarının bir hissəsini azad edib, beynəlxalq qüvvələrin məsələyə münasibəti xeyli dəyişib, Türkiyə Azərbaycanı müdafiə edir. Məsələyə üçüncü tərəfin qarışması nəticəsində Türkiyə məsələyə sakit qalmayacaq. Putin həmçinin bildirib ki, Minsk Qrupunun üzvü kimi Türkiyə və Avropanın digər dövlətləri də Qarabağ münaqişəsinin tənzimlənməsində iştirak edə bilərlər. Hazırda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə bununla bağlı danışıqlar aparırlar. Amerika Birləşmiş Ştatları da xəbərdarlıq edib ki, kənar dövlətlər bu proseslərə müdaxilə etməsinlər. ABŞ bu məsələdə təkcə Türkiyəni deyil, Rusiya və digər ölkələri nəzərdə tutur. Putin həmçinin çıxışında bildirdi ki, məsələdə Azərbaycan və Ermənistanın maraqları uzlaşdırılmalıdır. O həmçinin maraqların uzlaşdırılması formasını da deyib. Bu o deməkdir ki, artıq status-kvo və təmas xətti mövcud deyil. Azərbaycan torpaqlarını öz gücünə azad edir, beynəlxalq təşkilatların bu məsələ ilə bağlı müvafiq qətnamələrini artıq Azərbaycan özü icra edir. Azərbaycan tərəfi hətta bəyan edib ki, erməni tərəf öz qoşunlarını işğal altındakı ərazilərdən çıxarması üçün qrafik desə, döyüşlər dayandırıla bilər. Belə bir vəziyyətdə Ermənistanın status-kvonu bərpa etməsi mümkün deyil. Bu, Ermənistanın xəyalıdır. Azərbaycan işğaldan azad etdiyi torpaqlarından çıxan və təmas xətti bərpa edən deyil".
T. Kərimli bildirib ki, Ermənistan artıq bu məsələ ilə bağlı Rusiyaya güvənsə də, Moskva yeni tarixi şəraitə uyğun münasibət qurur: "Cənab Prezident İlham Əliyev də bildirdi ki, Rusiya və Türkiyənin yaxınlaşması regionda mövqeyi stabilləşdirər və yeni bir vəziyyət yarada bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
XƏBƏR LENTİ
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)





