Tural Gəncəliyev kanadalı senatoru Azərbaycan xalqından üzr istəməyə çağırdı
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin Azərbaycan-Kanada Parlamentlərarası dostluq qrupunun rəhbəri Tural Gəncəliyev Kanada Parlamentinin senatoru Leo Housakos və Ontario yerli parlamentinin üzvü Gurratan Singhə həm video, həm də yazılı formata etirazını bildirib.
İcmadan Milli.Az-a verilən məlumatda bildirilir ki, son günlər adıçəkilən şəxslər Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğalını dəstəkləyən bəyanatlar səsləndiriblər. Tural Gəncəliyev həmin şəxslərin və bütün Kanada Parlamentinin üzvlərinin diqqətinə münaqişə bölgəsindən uzaqda yerləşən Azərbaycanın yaşayış məntəqələrinə Ermənistan tərəfindən atılan qadağan olunmuş raketlər nəticəsində 100-ə yaxın mülki əhalinin öldürülməsi və onların 10 nəfərinin azyaşlı körpə olması faktını çatdırıb.
İcma rəhbəri onlara bildirib ki, seçicilərinizin hüquqlarını qorumaq əvəzinə sizə verilən tribunadan erməni lobbisinin ruporu kimi çıxış etməyiniz seçicilərinizə hörmətsizlik kimi qiymətləndirilir. "Siz bu hərəkətlərinizlə Ermənistan silahlı qüvvələrinin Azərbaycan mülki vətəndaşlarına qarşı törədilən müharibə cinayətlərinin müdafiəçisinə çevrilirsiniz".
Müraciətdə Tural Gəncəliyev Kanadanın Ontario və Quebec bölgələrinin əhalisinə səslənərək bildirir ki, bu gün sizi parlamentdə təmsil edən şəxslər günahsız insanların ölümlərinə bütün insan haqqlarını kobud şəkildə pozaraq haqq qazandırır. Bu siyasətçilər doğrudanmı sizin dəstəyinizə layiqdirlər?
Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun rəhbəri T. Gəncəliyev, Singh və Housakosun xalqımıza qarşı qərəzli mövqelərini kəskin şəkildə qınamaqla yanaşı, onları Azərbaycan xalqından üzr istəməyə çağırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib





