Ermənilər Laçındakı ziyarətgah və məscidləri donuz tövləsinə çeviriblər - FOTOlar
Laçın rayonunun Abdallar, Cicimli, Zeyvə, Güləbird, Əhmədli, Hoçaz, Məlikpəyə, Qarakeşiş kəndlərində müqəddəs ziyarətgahlar, türbələr, məscidlərin bir qismi ermənilər tərəfindən yararsız vəziyyətə salınıb, qalan hissəsi isə donuz tövləsinə çevrilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu AMEA-nınTarix İnstitutunun elmi işçisi Ramin Əlizadə deyib.
Onun sözlərinə görə, Laçında Azərbaycan türklərinin minilliklər ərzində yaratdığı tarixi və mədəni abidələr erməni vandalizmi nəticəsində yerlə-yeksan edilib.
VII əsrdə ərəb istilasının başlanmasınadək Laçın ərazisinin Azərbaycan Alban dövlətinin tərkibində olduğunu xatırladan R.Əlizadə Azərbaycanın qədim türk boylarına, həmçinin Alban dövlətinə aid abidələrin nəzərə çatdırıb.
O əlavə edib ki, alban kilsələri ciddi saxtakarlıqlara məruz qalaraq erməni qriqoryan kilsələrinə çevrilib:
"Ağoğlan çayı sahilində V-VI əsrlərdə inşa edilmiş Ağoğlan monastır kompleksi qədim türk boylarına aid dini ibadətgah üzərindədir. Bu abidə "Qaranquş qalası" adı ilə də tanınır. Ağoğlan məbədinə gedən yolun üzərində at heykəlləri aşkar edilib. Hazırda bu dini məbəd erməni qriqoryan kilsəsinə çevrilib, ətrafındakı bir sıra tikililər isə erməni-qriqoryan memarlığına uyğun olmadığından qəsdən dağıdılıb. Laçının ən qədim abidələri içərisində Abdallar, Cicimli, Güləbird, Ziyrik, Hoçaz kəndlərində Tunc və Dəmir dövrlərinə aid mağara məbədləri, kurqanları, həmçinin Aşağı Fərəcan kəndində məbədi və körpünü qeyd etmək olar".
Tarixçi qeyd edib ki, Laçının ən məşhur abidələrindən biri də Cicimli kəndi ərazisindəki XIV əsrə aid Məlik Əjdər türbəsidir. Bu abidələrin əksəriyyəti erməni daşnakları tərəfindən məhv edilib. Güləbird kəndində Azərbaycan ozan-aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Sarı Aşığın qəbirüstü abidəsi və heykəli ermənilər tərəfindən dağıdılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - (Foto)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)





