Prezident İlham Əliyevdən Ermənistana cavab çağırışı: Dağlıq Qarabağın müstəqilliyini tanıyın
Buradan mən onlara, necə deyərlər, cavab çağırışı edirəm - Dağlıq Qarabağı tanıyın. Bu gün tanıyın. Yeri gəlmişkən, bu barədə nisbətən yaxın vaxtlarda demişəm, qoy, bu gün tanısınlar. Lakin başqa ölkələrin bunu etməsini xahiş etmək yenə də Ermənistan rəhbərliyinin qeyri-adekvatlığından və onun siyasi savadının çox aşağı səviyyədə olmasından xəbər verir. Ona görə ki, əgər Ermənistan rəhbərliyi beynəlxalq siyasətin əsaslarından azacıq da olsa, baş çıxarsaydı, anlayardı ki, bu gün, biz Dağlıq Qarabağ ilə vahid dövlət çərçivəsində və digər beynəlxalq strukturlar çərçivəsində BMT-yə daxil olanda Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən hamıya məlum fakt kimi etiraf edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib.
Dövlət başçsı bildirib:
"Onlar özləri Dağlıq Qarabağın müstəqilliyini tanımadığı halda, istəyirlər ki, başqa ölkələr bunu etsinlər. Vəziyyət kəskinləşəcəyi halda onların Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqları barədə daimi şantaj və hədələri yenə də küy-kələk oldu. Hərbi qarşıdurma bir aydan çoxdur ki, davam edir. Bəs nə üçün onlar indiyə qədər Dağlıq Qarabağın müstəqilliyini tanımayıblar? Bunu etmək çox asandır. Qoy bəyan etsinlər ki, onu tanıyırlar. Onların siyasətinin bütün mahiyyəti də məhz bundadır. Onlar onilliklər boyu həmişə cəhd ediblər, - təəssüf ki, bəzən başqa ölkələrin arxasında gizlənməyə nail olublar, - onların problemlərini onların əvəzinə başqa ölkələr həll etsinlər. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var. Bütün tarixboyu belə olub. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, onların ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Sonra isə kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Onların Qafqaza gəlib çıxmalarının tarixini biz çox gözəl bilirik. Qafqaz regionunda tarixən erməni etnosu olmayıb. Onlar buraya necə gəlib çıxıblar - məhz belə yolla, hiyləgərliklə, məkrliliklə, necə deyərlər, ilanı başqasının əli ilə tutmaq cəhdləri ilə. Onlar indi də eyni hərəkətləri edirlər. Buradan mən onlara, necə deyərlər, cavab çağırışı edirəm - Dağlıq Qarabağı tanıyın. Bu gün tanıyın. Yeri gəlmişkən, bu barədə nisbətən yaxın vaxtlarda demişəm, qoy, bu gün tanısınlar. Lakin başqa ölkələrin bunu etməsini xahiş etmək yenə də Ermənistan rəhbərliyinin qeyri-adekvatlığından və onun siyasi savadının çox aşağı səviyyədə olmasından xəbər verir. Ona görə ki, əgər Ermənistan rəhbərliyi beynəlxalq siyasətin əsaslarından azacıq da olsa, baş çıxarsaydı, anlayardı ki, bu gün, biz Dağlıq Qarabağ ilə vahid dövlət çərçivəsində və digər beynəlxalq strukturlar çərçivəsində BMT-yə daxil olanda Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən hamıya məlum fakt kimi etiraf edilib. Axı, Qoşulmama Hərəkatı - 120 ölkə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. Avropa İttifaqına 27 ölkə daxildir. Avropa İttifaqı ilə bizim imzaladığımız sənəddə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenliyi dəstəklənib. Bunlar təqribən 150 ölkə deməkdir. Buraya İslam Əməkdaşlıq Təşkilatını da əlavə etsək, - düzdür, orada Qoşulmama Hərəkatının üzvləri olanlar da var, olmayanlar da, - budur dünya birliyi. Ermənistanın ucbatından, onun istəyinə görə, onun Dağlıq Qarabağı tanımaq şıltaqlığına görə Azərbaycan ilə münasibətləri korlamaq, özü də, sadəcə, korlamaq deyil, deyərdim ki, bu, hər hansı ölkə ilə diplomatik münasibətləri dərhal pozmağa gətirib çıxarar. Kim belə addım atacaq? Sadəcə, heç kim bunu etməyəcək. Xüsusən ona görə ki, ermənilər özləri onu tanımırlar. Özü də elə bir vaxtda ki, onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən təcavüzkardırlar. Buna görə də deyərdim ki, bu hərəkət onların növbəti ləyaqətsiz cəhdidir, yenə başqasının hesabına öz istəklərinə nail olmağa çalışırlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)





