Siyasət

“İstəyi o idi ki, Qubadlıda şəhid olsun” - Şükür Həmidovun oğlu - VİDEO

28 Oktyabr 2020 13:40
Baxış: 2 098

Aprel döyüşlərindəki şücaətinə görə vaxtından əvvəl polkovnik rütbəsi və Milli Qəhrəman adını alan şəhid Şükür Həmidovun atası və oğlu onun haqqında danışıblar.

"Qafqazinfo" AzTV-yə istinadən xəbər verir ki, Ş.Həmidovun atası Nəriman Həmidov Qubadlı şəhəri uğrunda döyüşlərdə şəhid olan oğlunun bir neçə gün əvvəl onunla telefonla danışdığını deyib: "Dedi "ata, sabah bəlkə siz tərəfə getdik". Dedim, bala, gedəndə dizlərini yerə qoyub Nağıllı bulaqdan doyunca su içərsən. Dedi "Ata, hələ tezdi".

Şəhidin oğlu Nurlan Həmidov atası haqda danışarkən deyib ki, o, öz xalqı üçün çox çalışırdı: "İstəyi o idi ki, Qubadlıda şəhid olsun. Öz istəyinə də nail oldu. Arzu edirik ki, bütün torpaqlarımız alınsın, atamın və bütün şəhidlərin qanı yerdə qalmasın".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.