Siyasət

Fransanın boykot çağırışı Türkiyə iqtisadiyyatına ciddi təsir etmək imkanında deyil

27 Oktyabr 2020 17:05
Baxış: 991

Fransanın Türkiyə məhsullarına boykot çağırışı Türkiyə iqtisadiyyatına ciddi təsir etmək imkanında deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı bildirib.

V.Qasımlı bildirib ki, Türkiyə dünyanın 20 ən böyük iqtisadiyyatı olan ölkələrindən biridir. Heç bir ölkə Türkiyə ilə onun məhsullarının boykot dili ilə danışa bilməz, burada həmin ölkə özü uduzacaq. Hər hansı bir ölkənin bu cür adımmı Türkiyə iqtisadiyyatına təsir göstərə bilməz.
Mən də Azərbaycan investorlarına, xalqına səslənirəm ki, biz indiki zamanda Türkiyə məhsullarını daha çox almalıyıq, Türkiyə məhsullarının ölkəmizə ixracına daha çox imkan yaratmalıyıq, Türkiyə iqtisadiyyatına daha çox investisya qoymalıyıq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.