Siyasət

Parisdəki Azərbaycan Evinin rəhbəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Sputnik Frans” a müsahibə verib

24 Oktyabr 2020 18:22
Baxış: 907

Parisdəki Azərbaycan Evinin rəhbəri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "Sputnik Frans"a müsahibə verib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğurunda apardığı haqlı mübarizəsindən danışan Mirvari Fətəliyeva qondarma "Dağlıq Qarabağ Respublikası"nı BMT-nin heç bir üzvü, hətta Ermənistan tərəfindən də tanınmadığını da vurğulayıb. O həmçinin 30 ilə yaxındır beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT-in Minsk qrupunun beynəlxalq hüququn tətbiqi, münaqişənin sülh yolu ilə həlli üçün lazımi səyləri göstərmədiyini də qeyd edib. Mirvari Fətəliyeva Ermənistan Silahlı Qüvvələrinin onları doğma kəndlərindən necə vəhşicəsinə qovmalarından və Xocalı Soyqırımında 613 dinc sakinin qətlə yertirmələrindən danışaraq bu münaqişənin tezliklə başa çatacağına və əcdadlarının dəfn olunduğu torpaqları yenidən görə biləcəyənə inamını bildirib.

Bununla yanaşı, müsahibə zamanı M. Fətəliyeva bildirib ki, müharibədə Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsi ilə bağlı iddialar əsassızdır və rəsmi Bakı da belə iddiaları hər zaman rədd edib.

https://fr.sputniknews.com/international/202010171044591584-haut-karabakh-lazerbaidjan-ne-renoncera-jamais-a-recuperer-ses-terres-cest-une-question/

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.