Siyasət

Ermənistanın dinc Azərbaycan əhalisini hədəfə alması cinayətdir - Özbəkistan səfiri

23 Oktyabr 2020 17:30
Baxış: 704

Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinin hədəfə alınması qəbuledilməz və cinayətdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşən Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhrom Əşrəfxanov deyib.

O, Ermənistan tərəfindən Azərbaycana raketlərin atılmasından mülki əhalinin, xüsusən də uşaqların zərər görməsindən məyusluğunu ifadə edib.

B.Muradova bildirib ki, ölkəmizdə 30 ildir müharibə vəziyyəti yaşanır və hazırda Azərbaycan öz torpaqlarını geri qaytarmaq uğrunda haqlı mübarizə apararaq qısa müddət ərzində ərazilərinin xeyli hissəsini işğaldan azad edib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti bir daha şahid oldu ki, Azərbaycan doğru yoldadır və haqqını özünə qaytarır.

B.Muradova vurğulayıb ki, Özbəkistan Azərbaycanı daim dəstəkləyən və Ermənistanda diplomatik nümayəndəliyi olmayan dövlətlərdəndir. Bütün bunlar ölkələrimiz, onun rəhbərləri, eləcə də parlamentlərarası dostluq münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunun göstəricisidir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.