Siyasət

Türk Ticarət və Sənaye Palatasının sədrindən Prezident İlham Əliyevə məktub ünvanlanıb

19 Oktyabr 2020 15:56
Baxış: 664

Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Türk Ticarət və Sənaye Palatasının sədri Rıfat Hisarcıklıoğludan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı yenidən başlanan hücumlarını kədər hissi ilə öyrəndik və yaxından izləyirik. Bu hücumlar bölgəmizdə sülh səylərinə böyük zərbə vurur.

Bu hücumlarla beynəlxalq hüquq açıq şəkildə pozulmaqdadır. Mülki şəxslər arasında da itkilərə səbəb olan hücumları şiddətlə qınayırıq. Ermənistan bu hücumlarla bölgədə sülhə və sabitliyə ən böyük təhdid olduğunu bir daha göstərdi.

Azərbaycanın öz xalqını və ərazi bütövlüyünü qorumaq üçün legitim müdafiə hüququnu dəstəkləyirik. Bu prosesdə türk biznes aləminin, o cümlədən Türk Ticarət və Sənaye Palatasının Azərbaycana dəstəyi tamdır. Beynəlxalq ictimaiyyəti də haqlının yanında olmağa çağırırıq.

Fürsətdən istifadə edərək, həlak olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyir, can Azərbaycana başsağlığı veririk".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.