Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərib.
Milli.Az Müdafiə Nazirliyinə istinadən bildirir ki, oktyabrın 19-u, saat 11:10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki
Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutur.
Milli.Az