"Azərbaycanda milli və siyasi həmrəylik ən yüksək səviyyədədir"
Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya BMT-yə, BMT-nin Təhlükəsizlik Şurasınının daimi üzvlərinə, Qoşulmama Hərəkatına, Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO), NATO Parlament Assambleyasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa İttifaqına, Avropa Şurasına, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Müstəqil Dövlətlər Birliyinə (MDB), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumuna (UNESCO) və Uşaq Fonduna (UNİCEF), Ərəb Dövlətləri Liqasına, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) ,İslam Dünyası Təhsil, Elm və Mədəniyyət təşkilatına (İSESCO), Milli Demokratiya İnstitutuna, İnsan Hüquqları Beynəlxalq Cəmiyyətinə, İslam Əməkdaşlıq Təşkilatına, Ümumdünya İslam Konqresinə, Avronest Parlament Assambleyasına, Beynəlxalq Qaçqınlar Təşkilatına, "Human Rights Watch", "Transpararency İnternational", "Amnesty İnternational" və Sərhədsiz Jurnalistlər və Sərhədsiz Həkimlər təşkilatlarına təcavüzkar Ermənistanın 2020-ci ilin oktyabrın 17-də cəbhə bölgəsindən uzaqda olan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə törətdiyi növbəti terror aktı ilə bağlı müracət ünvanlayıb.
Dünya ictimayyətinə ünvanlanmış müraciətdə bildirilir ki, beynəlxalq sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Təhlükəsizlik Şurasının Errmənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822,853,874 və 884 saylı qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da bu günə kimi işğalçı dövlət tərəfindən buna əməl olunmayıb. Ermənistan 30 ildir ki bu qətnamələrin şərtlərinə əməl etmir, militarist siyasətini davam etdirir və Azərbaycanın yeni ərazilərini işğal etməyə çalışır. 2020-ci ilin sentyabrın 27-də Ermənistan ordusu işğal altında saxladığı Dağlıq Qarabağda Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamışdır. İşğalçı ordu bu zaman əsasən Azərbaycanın böyük şəhərlərini, mülki və sənaye obyektlərini müsir raketlərlə bonbalayır.
Ermənistan beynəlxalq etirazlara baxmayaraq, növbəti hərbi cinayət törətmiş, 2020-ci ilin oktyabrın 17-də gecə vaxtı Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə üçüncü dəfə dəhşətli hücumu çoxlu sayda mülki insanların itgisinə səbəb olmuşdur. Nəticədə 13 şəxs, o cümlədən 2 uşaq həyatını itirmiş, 45-dən çox insan ciddi şəkildə yaralanmışdır. Bu cinayyət nəticəsində ölü və yaralananların sayının daha da artacağı ehtimalı olduqca yüksəkdir. Bununla da Ermənistan islaholunmaz, terrorçu bir ölkə olduğunu bir daha nümayiş etdirdi. Rəsmi İrəvan sübuta yetirdi ki, onunla danışmağın heç bir mənası yoxdur.
Müraciətdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ermənistanın mülki əhaliyə qarşı həyata keçirdiyi terror aktını qətiyyətlə qınanılır, terrorçu dövlətin cəzalandırılması tələb olunur. Eyni zamanda dünya ictimaiyyətinə çatdırılır ki, Azərbaycandakı siyasi partiyalar hazırda gedən Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstdəkləyir, Azərbaycan xalqı ilə birlikdə onun ətrafında polad yumruq kimi birləşmişlər.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların dünya ictimayyətinə ünvanladığı müraciət bir daha göstərir ki, Azərbaycanda milli və siyasi həmrəylik ən yüksək səviyyədədir. Azərbaycanda xalq, siyasi partiyalar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının ətrafında sıx birləşərək bütün dünyaya nümayiş etdirir ki, Azərbaycan tezliklə Qəhrəman Ordumuzun gücü ilə işğal altında olan bütün torpaqlarımızı işğaldan azad edəcək və qələbə bayrağımz Xankəndində, Şuşada və digər işğaldan azad olmuş torpaqlarımızda dalğalanacaq.
Milli Məclisin deputatı
Rauf Əliyev
Trend
DİGƏR XƏBƏRLƏR
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
XƏBƏR LENTİ
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi
-
Ərdoğanın müavini istefa verdi
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Ağsuda açıq ərazidə yanğın başladı - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiqdir - Kamaləddin Qafarov
-
Türkiyədə daha bir şagird məktəbə tüfəng gətirdi, müəllimlər müdaxilə etdi - (Foto)
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
-
Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi





