Marketlərdə toyuq filesi niyə yoxdur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda bir sıra marketlərdə toyuq filesinin satışda olmadığı, bəzi satış nöqtələrində isə məhsulun əvvəlki dövrlə müqayisədə daha baha qiymətə təklif edildiyi müşahidə olunur.
Milli.Az modern.az-a istinadla xəbər verir ki, müşahidələr zamanı bir neçə məşhur market şəbəkəsində toyuq filesinə rast gəlinməyib. Satıcıların sözlərinə görə, məhsul bir müddətdir ki, mağazalara əvvəlki həcmdə gətirilmir.
File almaq istəyən istehlakçılar isə əsasən ixtisaslaşmış toyuq məhsulları mağazalarına üz tutmalı olurlar. Bu satış nöqtələrində də qiymətlər əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Hazırda toyuq filesinin ən ucuz qiyməti 8,5 manatdan başlayır.
Satıcılar son bir ay ərzində məhsulun qiymətinin təxminən 1,5 manat artmasını toyuq filesi üzrə yaranan qıtlıqla əlaqələndirirlər.
Bəs marketlərdə toyuq filesinin azalmasının və qiymət artımının səbəbi nədir? Ölkədə həqiqətən file qıtlığı yaranıb, yoxsa vəziyyət müvəqqətidir?
Modern.az bu suallarla Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənliyə müraciət edib.
O, açıqlamasında bildirib ki, son dövrlərdə toyuq filesi və doğranmış toyuq hissələri üzrə ciddi qıtlıq müşahidə olunmur. Lakin bəzi satış nöqtələrində yaranan çatışmazlığın əsas səbəblərindən biri tələbatın artmasıdır.
Onun sözlərinə görə, sentyabr ayında insanların tətildən qayıtması, eləcə də ölkəyə gələn turistlərin sayının çoxalması toyuq ətinə, xüsusilə file və bud hissələrinə tələbatı artırıb. Bundan başqa, qırmızı ətin son dövrdə 1-2 manat bahalaşması da istehlakçıların toyuq ətinə yönəlməsini gücləndirib.
"Yaxın 3-5 gündə bu qıtlıq aradan qalxacaq. Hazırda kifayət qədər istehsalda olan toyuq var", - deyə Mürvət Həsənli bildirib.
Assosiasiya sədri qiymət artımının da gözlənilmədiyini deyib. O bildirib ki, yemin və enerji daşıyıcılarının qiymətində artım olmayıb.
Mürvət Həsənlinin sözlərinə görə, ölkədə ciddi istehsal həyata keçirən 50-yə yaxın fabrik fəaliyyət göstərir və əsas istehsal müəssisələrində hazırda problem yoxdur.
O qeyd edib ki, hazırda toyuğun 85-87 faizi soyudulmuş, təzə kəsilmiş şəkildə bütöv halda satılır. Dondurulmuş file və bud hissələrinə isə əsasən otellər və digər ictimai iaşə obyektləri üstünlük verir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiqdir - Kamaləddin Qafarov
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi
-
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
XƏBƏR LENTİ
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi
-
Ərdoğanın müavini istefa verdi
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Ağsuda açıq ərazidə yanğın başladı - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiqdir - Kamaləddin Qafarov
-
Türkiyədə daha bir şagird məktəbə tüfəng gətirdi, müəllimlər müdaxilə etdi - (Foto)
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
-
Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi





