Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiqdir - Kamaləddin Qafarov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qlobal iqtisadi münasibətlərin mürəkkəbləşdiyi, beynəlxalq bazarlarda qeyri-müəyyənliyin artdığı və kapitalın daha etibarlı istiqamətlərə yönəldiyi müasir dövrdə investisiya cəlbediciliyi hər bir ölkənin inkişaf perspektivlərini müəyyənləşdirən mühüm amillərdən birinə çevrilib".
Bu mülahizə Milli Məclisin deputatı Kamaləddin Qafarovun mətbuata açıqlamasında yer alıb.
Onun fikrincə, belə şəraitdə investorlar yalnız yüksək gəlir imkanları axtarmır, eyni zamanda, siyasi sabitliyə, hüquqi təminatlara, təhlükəsizliyə və uzunmüddətli əməkdaşlıq perspektivlərinə xüsusi önəm verirlər. "Azərbaycanın beynəlxalq investisiya məkanında mövqeyinin möhkəmlənməsi məhz bu amillərin qarşılıqlı vəhdətinə əsaslanır. Sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda keçirilən tədbirdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin investisiya siyasətinin əsas istiqamətlərini bir daha gündəmə gətirib. Dövlət başçısının çıxışında Azərbaycanın aparıcı beynəlxalq şirkətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsi və ölkədə əlverişli investisiya mühitinin formalaşması xüsusi diqqət çəkib."
Millət vəkili bildirib ki, hər bir investor etimadının arxasında ardıcıl iqtisadi siyasət, öhdəliklərə sadiqlik və əməkdaşlıq münasibətlərinin davamlılığı dayanır: "Azərbaycanın otuz ildən artıq müddətdə qoruyub saxladığı siyasi və iqtisadi sabitlik də beynəlxalq biznes dairələrinin ölkəmizə münasibətində mühüm rol oynayır. Uzunmüddətli layihələrə və iri həcmli kapital qoyuluşlarına qərar verən şirkətlər üçün sabit fəaliyyət şəraiti xüsusi əhəmiyyət daşıyır. Çünki investisiyanın nəticəsi yalnız bazarın mövcud imkanlarından deyil, həm də həmin imkanların gələcəkdə qorunacağından asılıdır. Bu baxımdan, Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiq təcrübədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, otuz il əvvəl imzalanmış müqavilələrin şərtlərinin dəyişməz qalması investorların etimadını gücləndirən mühüm amildir. Bu yanaşma ölkənin beynəlxalq iqtisadi tərəfdaşlıqda üzərinə götürdüyü öhdəliklərə münasibətini nümayiş etdirir. Müqavilə sabitliyi isə kapital sahiblərinə uzunmüddətli planlar qurmaq, riskləri daha düzgün qiymətləndirmək və yeni layihələrə inamla yanaşmaq imkanı verir. Azərbaycanın investisiya cəlbediciliyində təhlükəsizlik amili də xüsusi yer tutur. Müasir dünyada iqtisadi fəaliyyətin davamlılığı yalnız maliyyə və texnoloji imkanlarla təmin olunmur. İctimai asayişin qorunması, təhlükəsiz biznes mühitinin mövcudluğu və sabitliyin davamlılığı da sahibkarların qərarlarına birbaşa təsir göstərir.
Ölkəmizdə təhlükəsizlik məsələlərinə göstərilən diqqət həm yerli sahibkarların fəaliyyətinə, həm də xarici investorların uzunmüddətli maraqlarına xidmət edən mühüm şərtdir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq şirkətlərlə əməkdaşlığı təkcə mövcud iqtisadi imkanların istifadəsi ilə məhdudlaşmır. Ölkədə formalaşmış investisiya mühiti yeni sahələrə kapital cəlb etmək, istehsal imkanlarını genişləndirmək və iqtisadi əlaqələri şaxələndirmək üçün də zəmin yaradır. Bu prosesdə etibarlı tərəfdaş imicinin qorunması strateji əhəmiyyət daşıyır. Çünki qlobal rəqabət şəraitində investorların diqqətini cəlb etmək qədər onların etimadını uzun müddət qorumaq da vacibdir".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiqdir - Kamaləddin Qafarov
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi
-
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
XƏBƏR LENTİ
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
-
Ermənistanda benzinin qiyməti rekord həddə çatdı
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi
-
Ərdoğanın müavini istefa verdi
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Ağsuda açıq ərazidə yanğın başladı - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiqdir - Kamaləddin Qafarov
-
Türkiyədə daha bir şagird məktəbə tüfəng gətirdi, müəllimlər müdaxilə etdi - (Foto)
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı





