Siyasət

"Dinc əhalini qətlə yetirən terrorçu Ermənistan rejimi beynəlxalq tribunal qarşısında cavab verməlidir"

17 Oktyabr 2020 10:44
Baxış: 910

Terrorçu Ermənistan rejimi növbəti dəfə bütün beynəlxalq hüququ ayaqlar altına ataraq hərbi cinayət törətdi, Azərbaycanın mülki əhalisini gecə yarısı raket atəşinə tutdu.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Ermənistanın gecə yarısı Gəncədə mülki əhalini raket atəşinə tutması açıq terror əməlidir: "SCUD raketləri və Elbrus OTRK-nın vasitəsi ilə Gəncəyə hücum həyata keçirməklə terrorçu Ermənistan qəsdən qətliam törətmək məqsədi güdür.

Bu, ermənilərin Azərbaycan xalqına qarşı növbəti soyqırımıdır. Ermənistan bir daha özünün çirkin, məkirli siyasətini, vandalizm əməlini həyata keçirməklə Azərbaycan xalqına qarşı gecə yarısı hücum etdi. Elə Xocalı soyqırımı zamanı da mənfur ermənilər gecə vaxtı hücum etmişdilər. Ermənilər eyni ssenari ilə Azərbaycana qarşı növbəti soyqırım həyata keçirirlər.

Beynəlxalq ictimaiyyət artıq bu məsələyə son qoymalıdır və erməni terrorunun qarşısını almalıdır, dinc əhalini qətlə yetirən terrorçu Ermənistan rejimi beynəlxalq tribunal qarşısında cavab verməlidir. Ermənistan Azərbaycan tərəfindən verilən son şansı düzgün qiymətləndirmir və humanitar atəşkəsin arxasında gizlənərək yenə də çirkin əməllərə əl atır. Əgər Ermənistan bu təxribatlarını davam etdirsə, Azərbaycan ordusu Ermənistanın bu çirkin əməlinin cavabını layiqincə verəcək".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.