Siyasət

"Dinc sakinlərə raket zərbəsi əclaflıq, qorxaqlıq və qanunsuzluqdur" - Türkiyənin vitse-prezidenti

17 Oktyabr 2020 09:52
Baxış: 494

Ermənistan Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törədən terrorçu və işğalçı dövlətdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay öz "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, Gəncəni atəşə tutmaqla Ermənistan bir daha dünya ictimaiyyətinə öz qanlı və məkrli simasını göstərdi: "Dinc sakinlərə raket zərbəsi əclaflıq, qorxaqlıq və qanunsuzluqdur".

Onun sözlərinə görə, dünya ictimaiyyətinin Ermənisanın cinayətləri qarşısında susması təəssüf doğurur: "Bu cinayətlər cəzasız qalmayacaq".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.