Azərbaycanın ATƏT yanında Daimi nümayəndəliyi ATƏT-in Daimi Şurasının iclasında çıxış edib
Cari ilin 16 oktyabr tarixində Azərbaycan Respublikasının ATƏT yanında Daimi nümayəndəliyi tərəfindən ATƏT-in Daimi Şurasının iclasında çıxış səsləndirilib.
Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, daimi Nümayəndəlik çıxışında Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzkar siyasəti və onun ağır nəticələri barədə ətraflı məlumat verib. Həmçinin bu ilin 10 oktyabr tarixində Moskvada razılaşdırılmış humanitar atəşkəs elan olunduqdan dərhal sonra Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları kobud şəkildə pozularaq azərbaycanlı mülki əhaliyə və mülki infrastruktura qarşı məqsədyönlü və birbaşa hücumların həyata keçirildiyi vurğulanıb.
Daimi Nümayəndəlik Ermənistanın guya ki, atəşkəsi dəstəkləməsi ilə bağlı bəyanatlarının onun riyakar siyasətinin növbəti təzahürü olduğunu bildirib. Bu xüsusda, Ermənistanın əsas məqsədinin münaqişənin sülh yolu ilə həll edilməsi və insanların həyatının xilas edilməsi deyil, atəşkəs adı altında yeni təcavüzə hazırlıq olduğu vurğulanıb.
Beləliklə, humanitar atəşkəs əldə edildikdən dərhal sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ağdam və Tərtər rayonlarını atəşə tutması, Hadrut və Cəbrayıl istiqamətində hücuma keçərək, azad edilən əraziləri yenidən işğal etmək cəhdləri barədə məlumat verildi. Həmçinin 11 oktyabr tarixində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket atəşinə, o cümlədən Mingəçevir və Tərtər şəhərlərinin artilleriya atəşinə tutulması və nəticədə ağır itkilərin olması bildirildi.
Daimi Nümayəndəlik tərəfindən ATƏT üzv ölkələrinin nümayəndələrinin diqqətinə çatdırıldı ki, məqsədyönlü şəkildə Azərbaycanın mülki şəxslərinə qarşı yönəlmiş hücumlar və bunun nəticəsində onlara verilmiş zərər beynəlxalq humanitar hüquq çərçivəsində müharibə cinayəti kimi qiymətləndirilir və buna görə də Ermənistan tam məsuliyyət daşıyır.
Çıxışda, həmçinin Ermənistanın MDB və Yaxın Şərq ölkələrindən gizli şəkildə silah-sursat əldə etməsinin bu ölkənin yeni hücum əməliyyatlarına hazırlaşdığının göstərici olduğu qeyd olunub. Ermənistan tərəfinin "könüllülər" adı altında döyüş əməliyyatlarına muzdluları və "xarici terrorçu döyüşçüləri" cəlb etməsi ilə bağlı məlumatlar, o cümlədən Ermənistana həyata keçirilən uçuşların sayında müşahidə olunan artımla bağlı məlumatlar təqdim olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
XƏBƏR LENTİ
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Transxəzər nəqliyyat dəhlizi səyahət müddətini 66 faizə qədər azalda bilər
-
Gəmidə yaralanan Coşqunun (Fotosu)
-
298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Fransanın yeni raketi Makronun gözü qarşısında sınaqdan keçirildi - (Video)
-
Sveta Əsədova vəfat etdi - (Foto)
-
“Son on ildə nə vaxt istirahət etdiyimi bilmirəm” - Marko Yankoviç
-
Fatma Bayramova vəfat etdi - (Foto)
-
Müəllimlər üçün geyim qaydaları açıqlandı
-
Nazir müavini təyin edilən Fazil Məmmədovun dosyesi
-
Fulya Öztürk onun adını daşıyan azərbaycanlı uşaqla görüşüb - (Video)
-
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)
-
Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - cəzalandırıldı
-
Şavkat Mirziyoyev Vahid Ələkbərovla Özbəkistandakı layihələri müzakirə edib
-
Cabir İmanov oğluna gəlinsiz toy etdi - (Video)





