Moldovanın keçmiş Prezidenti Petru Luçinski Prezident İlham Əliyevə məktub göndərib
1997-1998-ci illərdə Moldova Respublikasının Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Petru Luçinskidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident,
Dağlıq Qarabağ ətrafında baş verən hadisələri böyük həyəcan və ürəkağrısı ilə izləyirəm.
Mən vəziyyətlə yaxşı tanışam. Çünki hələ 1988-ci ildə SSRİ Ali Sovetinin nümayəndə heyətinin tərkibində Azərbaycana və Ermənistana səfər etmişəm, bir neçə gün Dağlıq Qarabağda olmuşam. Təəssüf ki, o vaxtdan keçən bir neçə onillik ərzində problem öz həllini tapmayıb. Fikrimcə, bunun başlıca səbəbi BMT Nizamnaməsinin əsas prinsiplərindən birinin - dövlətlərin ərazi bütövlüyü prinsipinin pozulması və BMT-nin məlum qətnamələrinin yerinə yetirilməməsidir. Bu səbəbdən təəssüflə deməliyəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransa bu münaqişənin həlli üçün öz təsir imkanlarından istifadə etməyiblər.
Nəticədə yenə insanlar həlak olur, yenə qaçqınlar yaranır, çoxsaylı insanlar bədbəxt olur. Aydın məsələdir ki, sülh yalnız beynəlxalq hüquqa riayət edilməsi nəticəsində bərqərar olacaq. Bunun üçün münaqişə başlayana qədər - 1980-ci illərin əvvəlində mövcud olmuş vəziyyətə qayıtmaq, bu zonada sülh və inkişaf üçün məqbul yollar tapmaq, insanları əvvəlki yaşayış yerlərinə qaytarmaq lazımdır. Hərbi əməliyyatlar nə qədər davam etsə də, hər halda həll yolunu danışıqlar masası arxasında tapmaq lazımdır. İnanmaq istəyirəm ki, bu münaqişənin başa çatması üçün cavabdeh olan hər kəs öz rolunu dərk edəcək və sülhün bərqərar olması üçün əlindən gələni əsirgəməyəcəkdir.
Möhtərəm cənab Prezident, biz - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri bir ailə kimi Sizin dostlarınızıq. Baş katibimiz və həmsədrlərimiz beynəlxalq siyasətçilərə çox fəal müraciətlər edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto-Video))
XƏBƏR LENTİ
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu





