Siyasət

"Ermənistanın milli ideyasının mahiyyəti tarixi miflərlə manipulyasiya etməkdir" - Rusiyalı politoloq

16 Oktyabr 2020 13:05
Baxış: 797

Müasir Ermənistanın milli ideyasının mahiyyəti erməni xalqının mövcudluğuna xəyali təhlükənin olması barədə qışqırmaq və tarixi miflərlə manipulyasiya etməkdir.

Milli.Az Trend-ə istianadən bildirir ki, bunu rusiyalı politoloq Andrey İvanov öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, humanitar atəşkəs rejimi barədə razılaşmalar əldə olunduqdan sonra da Ermənistan tərəfinin mövqeyi dəyişməz qalacaq:

"Nəhayət, Yerevanda başa düşüblər ki, Ermənistan uzunmüddətli müharibəyə dözə bilməyəcək. Bakı isə hər zaman problemin dinc yolla həllinin tərəfdarı olub. Ermənistan kəskinləşmə ilə təhdid edəcək, istənilən danışıqlarla manipulyasiya etməyə çalışacaq. Bu isə o deməkdir ki, yeni qarşıdurma istənilən an meydana çıxa bilər".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.