Siyasət

Ermənilər Füzulinin yaşayış məntəqələrini atəşə tutub - FOTO

30 Sentyabr 2020 18:07
Baxış: 1 801

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın cəbhəboyu ərazilərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, erməni hərbi birləşmələri kənd və digər yaşayış massivinə ağır artilleriya atəşinə tutur. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları qarşısında tab gətirə bilməyən erməni ordusu çıxış yolunu təxribalara əl atmaqda görür. Erməni hərbi birləşmələri artıq mülki şəxsləri hədəf almaqla acizliklərini sübuta yetirirlər.

Görüntülər Füzuli rayonundandır. Erməni hərbi birləşmələri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə deyil, rayonun kəndlərinə atəş açır. Nəticədə xeyli evə külli miqdarda ziyan dəyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.