İrəli, irəli, yalnız irəli! Geriyə haqqımız yoxdur, Azərbaycan əsgəri!
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatı həyata keçirərək düşmənə sarsıdıcı zərbələr vuran rəşadətli Azərbaycan Ordusu ilə bağlı maraqlı paylaşım edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, nazirliyin sosial media hesablarında yerləşdirilən infoqrafikada "İrəli, irəli, yalnız irəli! Geriyə haqqımız yoxdur, Azərbaycan əsgəri" ifadələri yer alıb. Paylaşımda Azərbaycan Ordusunun hərbi qüdrəti və torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda döyüşlərə yüksək hazırlığı əksini tapıb.
Bu günlərdə kiçikdən böyüyədək hər bir azərbaycanlının qəlbi Azərbaycan Ordusunun əsgər və zabitləri ilə bir döyünür. Düşmənin təxribatlarına cavab olaraq cəbhənin bütün istiqamətlərində sürətli əks-hücum əməliyyatı keçirən və Ermənistan ordusuna ağır zərbələr vuran Azərbaycan Ordusunun uğurları otuz ilə yaxındır doğma torpaqlarımızın həsrəti ilə yaşayan xalqımızda əzəli torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını göstərir. Ali Baş Komandanımızın müdrik və qətiyyətli rəhbərliyi ilə düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusuna güvənən xalqımız həmişə olduğu kimi, bu günlərdə də sarsılmaz xalq-ordu birliyi, həmrəyliyi nümayiş etdirir.
Müdafiə Nazirliyinin bu paylaşımında da məhz Azərbaycan Ordusunun xalqımızın bəslədiyi ümidləri layiqincə doğrultmağa hər an hazır olduğu ifadə edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb





