Siyasət

Ekspert: Ermənistanın Qarabağda istənilən fəaliyyəti beynəlxalq hüquq baxımından qanunsuzdur

29 Sentyabr 2020 18:33
Baxış: 1 120

Ermənistanın Dağlıq Qarabağ ərazisində istənilən fəaliyyəti beynəlxalq hüquq baxımından qanunsuzdur.

Milli.Az bildirir ki, bunu Trend-ə macarıstanlı təhlükəsizlik mütəxəssisi Piter Dunay deyib.

O vurğulayıb ki, Ermənistan qanunsuz olaraq Azərbaycanın beşdə bir hissəsini işğal edib:

"BMT Təhlükəsizlik Şurasının Azərbaycanın xeyrinə, Ermənistanı öz qoşunlarını işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən qətnamələr qəbul olunsa da, ərazilər işğal edilib. Məhz buna görə də Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ ərazisindəki bütün fəaliyyəti beynəlxalq hüquq baxımından qanunsuz hesab olunur".

Ekspert əlavə edib ki, Livan mənşəli ermənilərin Qarabağa köçürülməsi də qanunsuz hesab olunur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.