İTV əməkdaşları atəşə tutuldu - Beynəlxalq təşkilatlara müraciət edildi
Jurnalistlərin Həmkarlar İtifaqı (JuHİ) İctimai Televiziya əməkdaşlarının Tərtər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə əlaqədar beynəlxalq jurnalist təşkilatlarına müraciət edib.
JuHİ mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, müraciətdə qeyd edilib ki, "Azərbaycan ictimai televiziyasının əməkdaşları Azərbaycan-Ermənistan cəbhə xəttində Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalıblar. Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərində reportaj hazırlayan İctimai TV əməkdaşları, Tərtər rayonu ərazisində qəflətən Erməni silahlı birləşmələrinin hücumuna məruz qalıblar. Şirkətə məxsus avtomobil silahlı hücum nəticəsində yararsız hala düşüb, TV əməkdaşları özləri isə çevik manevrlər edərək atəş altından çıxmağı, sağ qalmağı bacarıblar".
JuHİ bildirir ki, İctimai TV-nin əməkdaşları və onların istifadə etdikləri avtomobil hücuma məruz qalarkən, əməkdaşların əyinlərində press uniforması, avtomobilin üzərində isə İctimai TV-yə məxsus loqo və digər tanınma nişanları olub. Buna baxmayaraq, Ermənistan silahlı qüvvələri jurnalistləri atəşə tutmaqdan çəkinməyiblər".
JuHİ müraciətdə qeyd edib ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan jurnalistlərinə qarşı törədilən ilk və son hadisə deyil, bənzər hallar intensiv şəkildə baş verir. Bunu nəzərə alaraq, JuHİ beynəlxalq jurnalist təşkilatlarına müraciət edərək, Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttində 27 sentyabr 2020-ci il tarixdən etibarən yenidən başlanmış döyüşlərlə əlaqədar jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün addımlar atmağa çağırır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək





