Siyasət

Pompeo Ermənistan və Azərbaycanı danışıqlar prosesinə qayıtmağa çağırdı

29 Sentyabr 2020 16:03
Baxış: 1 285

ABŞ Dövlət katibi Mayk Pompeo Ermənistan və Azərbaycanı sentyabrın 27-dən davam edən toqquşmaları dayandırmağa çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, M.Pompeo bu çağırışı Yunanıstanın Krit adasına səfəri zamanı edib.

Yunanıstanın Xarici işlər naziri Nikos Dendiasla görüş zamanı ABŞ Dövlət katibi, həmçinin Dağlıq Qarabağ münaqişəsini müzakirə edib:

"Mən və Xarici işlər naziri Dağlıq Qarabağdakı münaqişəni müzakirə etdik. Ermənistan və Azərbaycan hərbi əməliyyatları dayandırmalı, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işi bərpa etməli tezliklə predmet danışıqlara qayıtmalıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.