Siyasət

İran hökumətinin sözçüsü: "Azərbaycanın ərazi bütövlüyünə riayət etmək zəruridir"

29 Sentyabr 2020 15:00
Baxış: 2 083

Azərbaycanın ərazi bütövlüyünə riayət etmək zəruridir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii keçirdiyi həftəlik brifinqində deyib.

Ə.Rəbii əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması və buna riayət olunmasının vacibliyi ilə əlaqədar İranın mövqeyi tamamilə aydındır.

O, deyib ki, İran hökuməti indiyədək dəfələrlə BMT qətnamələri və beynəlxalq hüquq çərçivəsində Azərbaycanın qanuni haqqını vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.