Siyasət

Türkiyə parlamentinin sədri: "Ermənistan bölgədə sülhə təhlükə yaradan islaholunmaz terror dövlətidir"

27 Sentyabr 2020 13:39
Baxış: 1 283

Mülki əhalinin hədəfə alınması göstərir ki, Ermənistan təkcə Azərbaycan üçün təhdid deyil, bölgədə sülhə təhlükə yaradan islaholunmaz bir terror dövlətidir. Bu təxribatlara görə ancaq Ermənistan məsuliyyət daşıyır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ermənistanın cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı açıqlamasında deyib.

Mustafa Şentop bildirib ki, Türkiyə bütün gücü ilə Azərbaycanın yanında olmaqda davam edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.