Adil Əliyev oğlunun maşın kolleksiyası haqda xəbərə reaksiya verdi: "Bir tək Allah şahidimdir ki, mən çox rahatam"
Xaricdə yaşayan bloqer Həbib Müntəzir Milli Məclisin vitse-spikeri Adil Əliyevin oğlu Əli Əliyevin maşın kolleksiyasının olduğu haqda məlumat yayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun iddiasına görə, 23 yaşlı Ə.Əliyev 99-HA-999 dövlət nömrə nişanlı bir neçə maşına sahibdir: "Bildiklərim bunlardır: "BMW X5 M", "Porsche Panamera GTS" və "Jiquli VAZ-2107" (avtoşluq üçün). Dövlət nişanlı 10-KO-555 nömrə ilə isə "Cadillac Escalade" sürür. Bəzən nömrəni "BMW X5 M" dəyişərək də qanunsuz olaraq istifadə edir".
Adil Əliyev də öz növbəsində Həbib Müntəzirin iddialarına cavab verərək bu xəbəri təkzib edib:
"Dostlar, Almaniyada yaşayan Həbib Müntəzirə yazdığım cavabı təqdim edirəm. Mənə qarşı küləyin hansı istiqamətdən əsdiyinə özünüz qərar verin.
Həbib Müntəzir, əvvəla avtomobil istifadə etmək nə vaxtdan qanunsuzluq olub?
O ki qaldı nömrəyə, bəli, nömrə mövcuddur. Ancaq avtomobil kolleksiyası mövcud deyil. Mən çox heyfslənirəm ki, kütlə psixologiyası ilə idarə olunan bəzi həmyerlilərimiz var. Təsəvvür edə bilmirəm ki, bir nömrəni necə bir neçə avtomobilə vurmaq olar? Bir az ağıllı düşünmək lazımdır. Başınız ilə fikirləşsəydiniz, başa düşərdiniz ki, nömrə əvvəl bir avtomobildə olub, sonra o avtomobil satılıb, başqa avtomobil alınıb və nömrə də üstünə vurulub.
Cəmi iki köhnə avtomobil. Bu qədər bəsit. Bu gün Azərbaycanda kiçik bizneslə məşğul olan insanların da "BMW"si var. Küçələr doludur köhnə, işlənmiş avtomobillərlə. Hamısı da kreditə verilir, buyurun, ağlınız və imkanınız varsa, siz də alıb sürə bilərsiniz.
Heç olmasa, məlumatı verən adamlardan soruşardınız. Hə, əgər bu avtomobillər dövlətdən və xalqdan oğurlanan pullarla alınıbsa, onda mən sizinlə razıyam. Yazmağa və işıqlandırmağa haqqınız var. Əks-təqdirdə belə yalan məlumatlarla camaata özünü ağıllı göstərirsənsə, böyük səhv edirsən.
Mən və ailəm heç vaxt büdcə təşkilatında işləməmişəm ki, əlimdən hər hansı maliyyə keçsin, mən də əliəyrilik edim. Bu günə qədər maliyyə ilə bağlı hər hansı tenderdə, alqı-satqıda, təmir tikintidə iştirak etməmişik. Ona görə də bu yazını sifariş verənlər, öz çirkin əməllərini ört-basdır etməkdən ötrü, sizin vasitənizlə həyata keçirirlər. Siz də bu yalanların alətinə çevrilirsiniz. Mən öz əməllərimə görə hər yerdə və hər zaman cavab verməyə hazıram. Ancaq yalan üzərində qurduğunuz oyunlar cinayətdən başqa bir şey deyil.
Bir də burada kütlə təfəkkürü ilə yaşayanlara demək istəyirəm ki, yazdığınız şər və böhtana görə, mütləq Allah qarşısında cavab verəcəksiniz. Bir tək Allah şahidimdir ki, mən çox rahatam, çünki sizdən yox, Allahdan qorxuram".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi





