Piter Teys: "Ermənistan rəhbərliyinin təhrikedici açıqlamaları Dağlıq Qarabağ münaqişəsi ətrafındakı gərgin vəziyyəti daha da çətinləşdirir"
Ermənistan rəhbərliyinin təhrikedici açıqlamaları Dağlıq Qarabağ münaqişəsi ətrafında onsuz da gərgin olan vəziyyəti çətinləşdirir.
Milli.Az bildirir ki, bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.
O bildirib ki, Ermənistan müdafiə nazirinin bir müddət əvvəl verdiyi açıqlamada Azərbaycanın suveren ərazisindəki hərbi əməliyyatlar və kəşfiyyat missiyaları təşviq olunur:
"Ermənistanın müdafiə naziri David Tonoyanın təhrikedici açıqlamaları və beynəlxalq ictimaiyyəti çaşdıran ifadələri onsuz da gərgin olan vəziyyəti çətinləşdirir. Ermənistan kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. KTMT haqqında Sazişin əsas hissəsi olan 4-cü maddədə qeyd olunur ki, üzv dövlətlərdən biri təcavüzə məruz qalarsa, bu digər üzv dövlətlər tərəfindən Sazişin bütün üzv dövlətlərinə təcavüz kimi qəbul olunacaq. Amma Ermənistan-Azərbaycan münaqişəsində təcavüzkar tərəf Ermənistandır. Bu ölkə son otuz il ərzində azərbaycanlılara qarşı amansızcasına etnik təmizləmə kampaniyası keçirməklə bütün beynəlxalq müqavilələri və humanitar qanunları pozur".
Ekspertin sözlərinə görə, faşist Ermənistanın bu cinayətləri fonunda beynəlxalq ictimaiyyət susqunluğunu saxlayır:
"Susqunluq uğurun formulu deyil, əksinə, silahlı münaqişəni qayıtmama nöqtəsinədək gərginləşdirir. İndi Ermənistana hər cür siyasi təzyiqin göstərilməsinin vaxtıdır. Avropa Şurasının Nazirlər Komitəsi Ermənistanda hərbi-siyasi vəziyyəti diqqətlə nəzərdən keçirməli və Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla tənzimlənməsi ilə bağlı təşəbbüsü üzərinə götürməlidir. 24 noyabr 2017-ci ildə Ermənistanla Avropa İttifaqı arasında imzalanmış hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq barədə saziş Tonoyan və digər nazirlərin sülh mövqeyini tutmasınadək dayandırılmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva





