XİN-də Azərbaycan - İsveç ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə edilib - FOTO
Bu ilin 15 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Kristian Kamilin etimadnaməsinin surətini qəbul edib.
Xarici İşlər Nazirliyindən (XİN) Milli.Az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov səfir Kristian Kamili təyinatı münasibətilə təbrik edərək, İsveçin Azərbaycandakı diplomatik təmsilçiliyinin statusunu yüksəldərək ölkəmizdə ilk rezident səfirini təyin etməsinin iki ölkə arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verəcəyini qeyd etdi.
Kristian Kamill ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu söylədi. İsveçin Azərbaycanda diplomatik təmsilçiliyini yüksəltməsinin ölkəmizə verilən əhəmiyyətin göstəricisi olduğunu vuğuladı. O, diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Görüşdə Azərbaycan və İsveç arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətləri, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi imkanları, eləcə də çoxtərəfli platformalarda fəal təmsilçilik və təmaslar barədə fikir mübadiləsi aparıldı. İsveç Krallığının 2021-ci ildə ATƏT-də fəaliyyətdə olan sədrliyi həyata keçirməsi ərəfəsində İsveç Xarici İşlər nazirinin, həmçinin ikitərəfli məsələləri müzakirə etmək məqsədilə bölgəyə səfərinin həyata keçirilməsinin nəzərdən keçirildiyi qeyd olundu.
Nazir Ceyhun Bayramov İsveç səfirinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, Ermənistanın iki dövlətin sərhədində törətdiyi cari ilin 12-16 iyul hərbi təxribatı və bu ölkə rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən addımları, son zamanlar geniş silahlanmanı həyata keçirən Ermənistanın təxribatçı fəaliyyətini davam etdirməsi, beynəlxalq ictimaiyyətin işğalçı ölkəyə qəti ismarışlarının verilməsinin zəruriliyi barədə ətraflı məlumat verdi. Nazir, İsveçin ATƏT-də fəaliyyətdə olan sədrliyi çərçivəsində ATƏT məkanında təhlükəsizliyə başlıca təhdid olan bu münaqişənin həlli məsələsinin gündəlikdə saxlanmasının vacibliyini ifadə etdi.
Səfir Kristian Kamill İsveçin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu vurğuladı.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
-
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı
-
Azərbaycan nefti bahalaşdı
-
Bakıda restoranda yanğın olub
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Dünya bazarında neft bahalaşdı
-
Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb?
-
Paytaxtın 19 küçəsində tıxac var
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu
-
Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib





