Hadisə

Bakıda restoranda yanğın olub

6 Oktyabr 2026 09:51
Baxış: 383
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda restoranda yanğın olub.

Milli.Az xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsində yerləşən "Ukrainian Soloha" restoranında baş verib.

Yanğının baş verdiyi iaşə obyekti binanın birinci mərtəbəsində yerləşir. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbi araşdırılır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi şadlıq sarayı, restoran və digər iaşə obyektlərinin sahiblərinə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasının vacibliyini vurğulayıb.

Müraciətdə qeyd olunub ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi şadlıq sarayları və restoranlarda pirotexniki vasitələrdən istifadəyə, eləcə də yanğın təhlükəli effektlər yaradan səhnələrin təqdimatına şərait yaradılır.

FHN pirotexniki vasitələrdən istifadənin qanunla qadağan olunduğunu bir daha xatırladaraq, bu sahədə pozuntulara yol verən obyektlər barəsində qanunun imkan verdiyi ən sərt tədbirlərin görüləcəyini bildirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.