İdman

Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)

6 Oktyabr 2026 09:45
Baxış: 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşla yaşanan qalmaqaldan sonra yığmanın düşərgəsini vaxtından əvvəl tərk edən Kriştianu Ronaldu bu dəfə görünüşündə etdiyi dəyişikliklə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, "Əl-Nəsr"in sosial şəbəkə hesabında paylaşdığı görüntülərdə 41 yaşlı futbolçunun artıq Səudiyyə Ərəbistanı klubunun düşərgəsinə qayıtdığı əks olunub.

Ronaldu yeni görüntülərində fərqli saç düzümü ilə diqqət çəkib. O, saçlarını qısaldıb və əvvəlki tünd rəngə qayıdıb.

Xatırladaq ki, ulduz futbolçu yay aylarında saçlarını sarı rəngə boyatmışdı.

Hazırda Kriştianu Ronaldu "Əl-Nəsr"də çıxışını davam etdirir. Portuqaliyalı hücumçu eyni zamanda peşəkar karyerasında 1000 qol həddinə çatmaq məqsədini də davam etdirir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.