"Beynəlxalq hüquq-müdafiə təşkilatlarının Azərbaycana ikili standartla yanaşması faktdır"
Bəzi beynəlxalq təşkilatların digər ölkələrə, o cümlədən ilk növbədə Azərbaycana ən müxtəlif məsələlərlə bağlı ikili standart çərçivəsində yanaşması mübahisəsiz bir faktdır və bu fakt özünü o qədər parlaq və aydın şəkildə göstərir ki, artıq dünyada bunun mövcudluğunu inkar edən ciddi bir instansiya yoxdur.
Bunu Milli.Az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Beynəlxalq təşkilatların, ABŞ-ın və bəzi Avropa dövlətlərinin müxtəlif ölkələrdə insan haqları ilə bağlı yanaşmalarında bu ikili standart özünü aşkar şəkildə göstərir:
"Hətta beynəlxalq təşkilatların bəzilərinin, ayrı-ayrı dövlətlərin, Qərb dövlətlərinin müxtəlif ölkələrin siyasətində özünü göstərən konkret məsələlərə ikili standart çərçivəsində yanaşması bir çox hallarda artıq son dərəcə açıq, qərəzli və sanki bu ölkələrə acıq verirlərmiş kimi bir açıq forma almaqdadır. Bu isə o deməkdir ki, ikili standart siyasəti həmin ölkələrin timsalında təsadüfi rast gəlinən təzahür deyil. Bu, müxtəlif ölkələrə münasibətdə artıq seçilmiş və tətbiq olunan uğurlu taktikadır. Diqqət edirsinizsə, Azərbaycan kimi bizim regionda yerləşən digər ölkələrdə, məsələn, Ermənistanda insan haqları ilə bağlı vəziyyət daha dözülməz bir həddə gəlib çatdığı halda, yeni hakimiyyətin bütün siyasi rəqiblərini məhv etməsinin bir fakt kimi ortada olmasına baxmayaraq həmin ölkəyə lazımi tənqidi münasibət göstərilmir və sanki heç nə olmamış kimi bu hadisələrin üstündən keçirlər. Amma Azərbaycan kimi ölkələrdə isə adi faktların üstünə elə yürüyürlər ki, elə bil ki, bəşəriyyət üçün böyük bir fəlakət baş verib.

Xüsusilə insan hüquqlarını müdafiə edən beynəlxalq təşkilatların, ABŞ-ın və bəzi Avropa dövlətlərinin müxtəlif ölkələrdə insan haqları ilə bağlı yanaşmalarında bu ikili standart özünü aşkar şəkildə göstərir. Biz dəfələrlə görmüşük ki, Qərb ölkələrində kütləvi aksiyalara, dinc etirazlara qalxan insanlara qarşı hansı zorakılıqların tətbiq olunmağına baxmayaraq, demək olar ki, bu faktların obyektiv və hüquqi çərçivədə qiymətləndirilməsi faktlarına biz rast gəlmirik".
Ekspert qeyd edib ki, təxminən 15, 20, 30 il əvvəl Qərb ölkələrinin dünyada insan haqları adı altında apardığı siyasətin reytinqi ilə bugünkü reytinqin arasında yerlə göy qədər fərq var:
"İnsan hüquqlarına münasibətdə göstərilən açıq-aşkar ikili standartın cavabsız qalması başqa sahələrdə də ikili standart siyasətinin ayaq açıb yeriməsinə səbəb olur. Elə bunun nəticəsidir ki, Azərbaycanın məruz qaldığı təcavüz faktının və onun ortadan qaldırılmasına münasibətdə də biz çox ləng davranışın və ikili standart yanaşmanın şahidi oluruq. Elə bu günlərdə Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarında Livandan və Suriyadan gətirilmiş mənşəyi naməlum olan insanları yerləşdirməklə Azərbaycana qarşı təcavüz siyasətinin başqa və daha açıq bir formada davam etdirilməsi təzahürünü ortaya qoyub. Amma buna baxmayaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri Fransada görüşərək Qarabağ problemi ilə bağlı bir bəyanat səsləndiriblər, amma bu böyük fakta, hansı ki Ermənistanın təcavüzünün daha da dərinləşdirilməsinə şərait yaradan bu fakta heç bir münasibət göstərməyiblər. Yaxud da ki, Ermənistanın iyul ayında Tovuzda törətdiyi təxribata, çox təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri məhz indi-indi münasibət bildirməyə başlayırlar, o da yarımçıq və kəsərsiz bir münasibət.

Ümumiyyətlə, Azərbaycana münasibətdə Qərb ölkələrinin və beynəlxalq hüquq-müdafiə təşkilatlarının ikili standartla yanaşması bir faktdır, özünü çox ziyanlı formalarda göstərir və təkcə Azərbaycan dövlətinin mənafelərini və hüquqlarını tapdalamır, eyni zamanda həmin ölkələrin özlərinin artıq Azərbaycanda nüfuz və reytinqlərinə çox böyük zərbə vurur. Dərindən təhlil apardıqda görmək mümkündür ki, təxminən 15, 20, 30 il əvvəl Qərb ölkələrinin dünyada insan haqları adı altında apardığı siyasətin reytinqi ilə bugünkü reytinqin arasında yerlə göy qədər fərq mövcuddur".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur





